Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

© REPORTAilə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova
Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Xəbərlərə abunə olun
Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, ailə dəyərlərinin qorunmasının, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.
BAKI, 17 sentyabr — Sputnik. Sentyabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda gündəlik barədə komitənin sədri Hicran Hüseynova əvvəlcə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyası ərzində gördüyü işlər barədə hesabatı təqdim edib.
Sonra komitə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin payız sessiyasının işlər planını müzakirə edib. Hicran Hüseynova qarşıdakı sessiyanın iş planının deputatların təklifləri üçün açıq olduğunu bildirib.
Müzakirəyə çıxarılan 3-cü məsələ - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib ki, artıq qanunvericilik aktlarında təqaüdlə müavinətlər birləşdirildiyi və təqaüd artırıldığına görə, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatına alındığı üçün qanunlara bu dəyişikliklər təklif edilib.
Müzakirə olunan məsələlərə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Pərvin Kərimzadə, Ramin Məmmədov, Sevil Mikayılova, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Könül Nurullayeva və Nigar Arpadarai çıxış ediblər.
Deputatlar komitənin ötən sessiyadakı işi və payız sessiyasının iş planı barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərlə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstəriblər, bir çox məsələlərlə bağlı mətbuatda çıxış ediblər.
Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq hüquqları ilə bağlı dinləmələrin salınması, həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.
Deputatlar iclasda baxılan qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
İclasda deputat Rauf Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Həmçinin oxuyun:
Əhali məhkəmə qərarlarının icra olunmamasından şikayətçidir
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала