CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarəti gücləndirdi

© Sputnik / Irade JELILBakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
Kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsi halları müşahidə olunur.
BAKI, 17 sentyabr — Sputnik. Pandemiya dövründə vətəndaşlarının sağlamlığı naminə avtomobil nəqliyyatında  sərnişindaşımaya nəzarət tədbirləri gücləndirilib. Daxili Işlər ̇Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ila həftə sonları – şənbə va bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyatinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər tərəfindən qaydalara əməl edilmir:
"Kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsi halları müşahidə olunur".
O bildirib ki, müşahidə olunan neqativ hallarla bağlı həftə sonları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası sərnişindaşımalarının qarşısının alınması üçün şəhər və rayon ərazisində yerləşən avtovağzallarda, avtostansiyalarda, habelə kənd və qəsəbələrin giriş-çıxış yerlərində nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilə bilər:
"Bunu nəzərə alaraq, diqqətə çatdırıram ki, "Fərqlənmə nişanı", "Taksi" tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilən tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımalarının həyata keçirilməsinin qarşısı alınacaq".
E.Hcıyev hərəkət iştirakçılarını müəyyən olunan qayda və tələblərə əməl etməyə, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə intizam nümayiş etdirməyə çağırır:
"Bu tələb, hər birimizin sağlamlığı ilə əlaqəlidir. Qeyd olunan tələbləri pozan şəxslər qanunvericiliklə müəyyən edilən qaydada inzibati məsuliyyətə cəlb olunacaq".
Qeyd edək ki, ötən gün də DİN tərəfindən həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobus sahiblərinə, sürücülərinə xəbərdarlıq edib.
Həmçinin oxuyun:
Həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq
Xəbər lenti
0