CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bakının Qurtuluşu - Qafqaz İslam Ordusu” kitabı nəşr olunub

© Sputnik / Ilham MustafayevNaftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)
Naftalanda “Little Free Library” (“Kiçik Pulsuz Kitabxana”)  - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
Kitaba Azərbaycanın tanınmış şairlərinin Qafqaz İslam Ordusuna, qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də daxil edilib.
BAKI, 17 sentyabr — Sputnik. Bakının Qurtuluşunun 103-cü ildönümü ilə bağlı tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Bakının Qurtuluşu - Qafqaz İslam Ordusu” kitabı nəşr edilib. 208 səhifəlik kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsi tarixinin ən mühüm hadisələrindən olan Bakının Qurtuluşu araşdırılıb.
N.Yaqublu yeni nəşr olunan kitabında tarixi sənədləri, yazıları, faktları toplayaraq oxuculara çatdırıb. Kitabda ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə nəşr edilən yazılar, sonradan isə mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların məqalələri təqdim olunub.
Qeyd edək ki, yeni nəşr olunan kitaba Azərbaycanın tanınmış şairlərinin Qafqaz İslam Ordusuna, qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də daxil edilib.
Həmçinin oxuyun:
Ay-ulduzlu bayraqlar, orkestr, qürur: Bakıda hərbçilərin təntənəli yürüşündən kadrlar
Xəbər lenti
0