https://sputnik.az/20210917/A-nin-xsusi-nmayndsi-dmnin-Adamdak-vandallqlar-il-tan-olub-427951217.html
Aİ-nin xüsusi nümayəndəsi düşmənin Ağdamdakı vandallıqları ilə tanış olub
Aİ-nin xüsusi nümayəndəsi düşmənin Ağdamdakı vandallıqları ilə tanış olub
Sputnik Azərbaycan
T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub. 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T16:42+0400
2021-09-17T16:42+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
siyasət
avropa ittifaqı
ağdam
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427951177_0:0:1201:676_1920x0_80_0_0_b0e34007bca67e87b10a5a4b390636ad.jpg
BAKI, 17 sentyabr — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.Həmçinin oxuyun:Qarabağda yeni iqtisadiyyat quruculuğuna həsr olunmuş konfrans öz işinə başlayıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427951177_0:0:1067:800_1920x0_80_0_0_27cb56d6307bea8c52b785ded879a8c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, avropa ittifaqı, ağdam, azərbaycan
xəbərlər, avropa ittifaqı, ağdam, azərbaycan
Aİ-nin xüsusi nümayəndəsi düşmənin Ağdamdakı vandallıqları ilə tanış olub
16:42 17.09.2021 (Yenilənib: 00:04 17.11.2021) T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.
BAKI, 17 sentyabr — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.
E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.
Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.