Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki ölkədən quş ətinin gətirilməsi dayandırılıb

© AFP 2021 / SAEED KHANКуриные тушки
Куриные тушки  - Sputnik Azərbaycan, 1920, 16.09.2021
2020-ci il və 2021-ci ilin 6 ayında quş qripi xəstəliyinin qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin sayı 44 idi.
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Polşa Respublikasının Malopolski vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski vilayətinin Olsztyn, Velikopolski vilayətinin Szamotuły, Kalisz, Opolski vilayətinin Krapkowice, Prudnik rayonlarında baş verən yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizotik ocaqları mövcuddur. Bundan başqa, qeyd olunub ki, həmçinin Pakistan İslam Respublikasının Pəncab regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikasından və Pakistan İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qyed edək ki, AQTA bir neçə ay öncə açıqladığı məlumatda 2020-ci il və 2021-ci ilin 6 ayında quş qripi xəstəliyinin qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısını təqdim etmişdi. Bu 44 ölkə sırasında Almaniya, Rusiya, Macarıstan da var.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала