https://sputnik.az/20210916/Taliblr-Pncir-humanitar-yardm-gndrmk-qrarna-gliblr-427938299.html
Taliblər Pəncşirə humanitar yardım göndərmək qərarına gəliblər
Taliblər Pəncşirə humanitar yardım göndərmək qərarına gəliblər
Sputnik Azərbaycan
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T23:02+0400
2021-09-16T23:02+0400
2021-11-16T20:29+0400
xəbərlər
əfqanıstan
taliban
humanitar yardım
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888602_0:0:3071:1728_1920x0_80_0_0_6b42ba011847faf0c36907bfd03958fe.jpg
BAKI, 16 sentyabr — Sputnik. Taliban* üzvləri hərəkatın təyin etdiyi Nazirlər Kabinetinin birinci iclasında Pəncşir vilayətinə humanitar yardım göndərmək qərarına gəliblər. Bu barədə Əfqanıstanın "RTA" teleradio yayımları şirkəti məlumat verib.Qeyd olunub ki, bu yaxınlarda Əfqanıstana gələn yardım vilayətə göndəriləcək.Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edib.* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşmasıEləcə də oxuyun:
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888602_78:0:2809:2048_1920x0_80_0_0_c1fdae09e7b0afa08d0b14230d528463.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əfqanıstan, taliban, humanitar yardım, dünya
xəbərlər, əfqanıstan, taliban, humanitar yardım, dünya
Taliblər Pəncşirə humanitar yardım göndərmək qərarına gəliblər
23:02 16.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər.
BAKI, 16 sentyabr — Sputnik. Taliban* üzvləri hərəkatın təyin etdiyi Nazirlər Kabinetinin birinci iclasında Pəncşir vilayətinə humanitar yardım göndərmək qərarına gəliblər. Bu barədə Əfqanıstanın "RTA" teleradio yayımları şirkəti məlumat verib.
Qeyd olunub ki, bu yaxınlarda Əfqanıstana gələn yardım vilayətə göndəriləcək.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması