CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına aparıldı

© Sputnik / StringerМедики в Госпитале Таможенного Комитета, фото из архива
Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Zığdakı modul tipli hospitaldan bildirimişdi ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır.
BAKI, 16 sentyabr - Sputnik. Müğənni Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya sənətçinin qohumu Razim Qasımov məlumat verib.
Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.
Zığdakı modul tipli hospitaldan bildirimişdi ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır: "O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 80%-dir. Huşu qapalıdır. Müğənninin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173-dür".
Bu gün səhər isə müğənninin komaya düşdüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb. 
Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa edib. Hazırda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.
 
Xəbər lenti
0