Gəlin adını "Varlı Həyat" qoyaq, bəlkə gələcəkdə elə varlı oldu
10:45 16.09.2021 (Yenilənib: 11:06 16.09.2021)
Abunə olmaq
Sputnik Azərbaycan ölkənin adı "Varlı həyat" olub, öz çox kasıb olan kəndindən çəkilmiş fotoları oxucularına təqdim edir.
Azərbaycanda olan ən maraqlı kənd adlarından biri də Şəmkir rayonunun Varlı Həyat kəndidir. Kəndin adının Varlı Həyat olmasının isə maraqlı bir tarixçəsi var. Belə ki, sovetlər dönəmində kənd "Orcankidze" adını daşıyıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyə doğru irəlilədikcə sovet adlarının da dəyişdirilməsinə başlanılır. Orcankidze adının dəyişilməsi üçün də o zaman kənddə iclas təşkil olunur. İclasın iştirakçılarından olan Eldar Mamedov həmin günü belə xatırlayır:
"Kəndimizə yeni ad vermək üçün hamı iclasa yığışdı. Hərə bir ad təklif etdi. Sonda sovxoz sədri Köçəri Qasımov təklif etdi ki, bu kənd onsuz da uçuq-dağınıq, kasıb kənddir. Gəlin adını Varlı Həyat qoyaq, bəlkə gələcəkdə elə varlı oldu. İclasın yekununda da protokol elə yazıldı , göndərildi və təsdiq olundu", - deyə məlumat verib.
Şəmkir- Dağ Cəyir yolunun üzərində olan kənd dəniz səviyyəsindən 1404 metr yüksəklikdə yerləşir. Rayon mərkəzindən başlayan yol təbiət mənzərələri ilə zəngin aşırımdan keçir.
Kənd əhalisinin əksəriyyətini 1989-cu ildə Ermənistanın Basarkeçər rayonundan qaçqın düşən əhali təşkil edir. 1992-ci ildə isə Kəlbəcər rayonunun işğalından sonra 30-dək ailə də burada məskunlaşıb. Sakinlər əsasən dəmyə əkinçiliyi və maldarlıqla məşğul olurlar.
Varlı Həyat 2 geniş, tozlu küçənin ətrafında tikilmiş kiçik evlərdən ibarətdir. Burada demək olar ki, yeni ev yoxdur. Su qıt olduğundan həyətlərdə yaşıllıq da az gözə dəyir. Bunun bir səbəbi də kənddə təbii qazın olmamasıdır. Əhali məişətdə, evlərin qızdırılmasında, təsərrüfatda mal təzəyindən istifadə edir. Yay aylarında görülən tədarük nəticəsində yığılmış gəmrə tayasına hər evdə rast gəlmək mümkündür.
Sputnik Azərbaycan ölkənin ən "Varlı" kəndindən çəkilmiş fotoları oxucularına təqdim edir.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
1/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
2/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
3/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
4/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
5/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
6/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
7/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
8/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
9/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
10/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
11/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
12/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.
© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində.
13/13
© Sputnik / Ilham Mustafayev
Varlı Həyat kəndində.