CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir

© Sputnik / Murad OrujovMilli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir
Telman Zeynalov: “Torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”
Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Azərbaycan ekoloji vəziyyətlə bağlı sualları cavablandırıb
Torpaqların şoranlaşması və onun qarşısının alınması barədə verilə suala cavab verən ekspert bu prosesin səbəblərini açıqlayıb.
O bildirib ki, uzun illər Azərbaycan ərazisində təsərrüfatlarda istifadə olunan suvarma üsulları bu gün bir çox ərazilərimizdə şoranlaşmaya gətirib çıxarıb.
Ekspert deyib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir: “Sovet dövründə torpaqların yanlış suvarılması, eyni zamanda torpaq örtüyünə vurulan ziyan sonda şoranlaşmaya gətirib çıxardı. Eyni zamanda təsərrüfat sahələrinin su ilə təminatı üçün qurulan su kanallarının beton bəndlərlə deyil, torpaqla qurulması şoranlaşmanı yaradan başlıca səbəblərdən oldu. Davamlı şəkildə torpağa hopan su torpağın altındakı duz təbəqəsinin bir müddət sonra üzə çıxmasına səbəb oldu. Ona görə də tərəfdarıyam ki, torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”.
Telman Zeynalovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0