Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dahi Nizaminin abidəsi Xarkov şəhərində açılıb

© © Photo: Honorary Consulate of Azerbaijan in KharkovОткрытие Памятника Великому Низами в Харькове
Открытие Памятника Великому Низами в Харькове - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.
BAKI, 16 sentyabr — Sputnik. Nizami ili çərçivəsində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda Ukrayna-Azərbaycan dostluğu küçəsində Azərbaycan poeziyasının klassiki, filosof və Orta əsr Şərqinin fikir Nizami Gəncəvinin abidəsinin açılışı baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, Nizami abidəsinin müəllifi Ukraynanın xalq rəssamı, azərbaycanlı Katib Məmmədovdur. Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.
© © Photo: Honorary Consulate of Azerbaijan in KharkovXarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb - Sputnik Azərbaycan
1/3
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb
© © Photo: Honorary Consulate of Azerbaijan in KharkovXarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb - Sputnik Azərbaycan
2/3

3/3
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb
1/3
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb
2/3
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb
3/3
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb
Abidənin açılış mərasimində Nizami Mərkəzinin direktoru, Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Rüfət Quliyev və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iştirak ediblər.
Abidənin yerləşdiyi park Dəmiryolu Universteti və Aqrar Universtetin arasında yerləşir. Bu da təhsil alan gənclərin Nizami ilə yaxından tanış olmalarına imkan verəcək. Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov qeyd edib ki, bura intellektual güc mərkəzi olacaq, tələbələr düşünə, fikirlərini toplaya və daha ciddi işlər üzərinə köklənə biləcəklər.
Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə Xarkov Filarmoniyasının Orqan zalında Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfonik musiqi konserti keçirilib. Konsertin dirijoru Yalçın Adıgözəlov olub.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала