Paşinyan Türkiyə ilə dialoqa hazır olduğunu bəyan edib

© AFP 2024Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
Paşinyan qeyd edib ki, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.
BAKI, 15 sentyabr - Sputnik. Ermənistan hökuməti Türkiyədən dialoqun qurulması ilə bağlı gələn siqnalları müzakirə etməyə hazırdır.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlar Yerevan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib.
Paşinyan qeyd edib ki, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.
Xatırladaq ki, bundan əvvəl də N.Paşinyan Ermənistanın regionda sülhün bərqərar olması üçün Türkiyə tərəfindən bəzi müsbət siqnallar aldığını bildirib. O əlavə edib ki, onlar bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəklər.
Həmçinin oxuyun: 
* Paşinyan Azərbaycanın qərarını dəstəklədi
* Paşinyan niyə Azərbaycan toponimlərindən istifadə etdiyini açıqladı
 
Xəbər lenti
0