Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Əfqanıstanın sərvətləri uğrunda rəqabət qızışacaq”

© Photo : ARB TVİqtisadçı ekspert Eldəniz Əmirov
İqtisadçı ekspert Eldəniz Əmirov - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, litiuma tələbatı olan ölkələr “Taliban”la danışıqlar apararaq bu sərvətlərin mənimsənilməsində daha aktiv iştirak edəcəklər
Eldəniz Əmirov: “Bu bir və ya iki ölkə ilə məhdudlaşmayacaq”
Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi təbii sərvətlərlə zəngin olan bu ölkənin digər ölkələr tərəfdən iqtisadi maraqlarını heç də geri plana atmayıb. Bəs Əfqanıstan hnası sərvətləri ilə daha çox maraq doğurur?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirməklə həm də bu ölkənin təii sərvətləri üzərində söz sahibi olub: “Dünyanın ən böyük litium yatağı bu ölkədə yerləşir. Bu isə bir çox texnoloji məhsulun istehsalı üçün tələbə olunan qiymətli elementdir. O baxımdan düşünürəm ki, litiuma tələbatı olan ölkələr “Taliban”la danışıqlar apararaq bu sərvətlərin mənimsənilməsində daha aktiv iştirak edəcəklər. Eyni zamanda Əfqanıstanda neft-qaz yataqlarının mövcud olması onu deməyə əsas verir ki, bir çox ölkələr bu sərvətlər uğrunda rəqabəti qızışacaq. Bu bir və ya iki ölkə ilə məhdudlaşmayacaq, müəyyən ölkələr qrup şəklində burada fəaliyyətini qurmağa çalışacaq”.
Eldəniz Əmirovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0