Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Aİ yanında Nümayəndəliyinə yeni rəhbər təyin edilib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Sadıqov bu vəzifədə Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri olmuş Fuad Eldar oğlu İsgəndərovu əvəz edib.
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Sadıqov bu vəzifədə Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri olmuş Fuad Eldar oğlu İsgəndərovu əvəz edib. 
Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub.
1978 — SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib.
1986 — Filoloji elmlər namizədidir.
1991 — APXDİ-nin ingilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1992 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi.
1993–1995 — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri.
1995–2004 — Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi.
1998–2004 — Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi.
2001–2004 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi.
2004–2010, 29 oktyabr — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini.
2010 oktyabr — 2016 — Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri.
2016-cı ildən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Bu ilin iyulun 26-da Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала