Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İki doza "Sinovac"dan sonra 3-cü doza yeni vaksinin vurulması buster doza deyil

© AP Photo / Achmad IbrahimВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива  - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
Təyyar Eyvazov bildirib ki, xüsusən xroniki xəstəliyi olanlarda formalaşan immunitet müddəti daha az ola bilər. Buna görə xəstəlik keçirən şəxslərdə arxayınlıq yaranmamalıdır.
BAKI, 15 sentyabr — Sputnik. Xəstəliyə yoluxduqdan sonra əmələ gələn təbii immunitet 6-8 aydan sonra aşağı düşür.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı deyib.
O bildirib ki, buna görə 3-cü - buster dozanın vurulması məsləhətdir: "Xüsusən xroniki xəstəliyi olanlarda formalaşan immunitet müddəti daha az ola bilər. Buna görə xəstəlik keçirən şəxslərdə arxayınlıq yaranmamalı, özlərini qorumalıdırlar. Qeyd edim ki, iki doza "Sinovac" vurdurduqdan sonra 3-cü doza yeni vaksinin vurulması buster doza deyil. Bu, artıq yeni vaksinasiyadır".
Xəbər lenti
0