Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Özbəkistanda Azərbaycan xalçaları ilə bağlı çıxış böyük maraqla qarşılanıb

© Depositphotos.com / ArturVerkhovetskiyМикрофон
Микрофон - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
Konqresdə Avstriya, ABŞ, Türkiyə, Rusiya, Polşa, Ukrayna, Yaponiya, Yunanıstan, İran, İsrail, Almaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İsveçrə, Avstriya və s. ölkələrdən olan mütəxəssislərin 100-dən artıq məruzəsi dinlənilib.
BAKI, 15 sentyabr — Sputnik. Daşkənddə Özbəkistanın mədəni irsi həftəsi çərçivəsində "Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi" adlı V Beynəlxalq Konqres keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə dünyanın 46 ölkəsindən 350-dən çox nümayəndə - sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, linqvistlər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və miniatürlər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
Konqresə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova da qatılıb. Şirin xanım konqresin işinə uğurlar arzulayaraq bildirib ki, müasir Özbəkistan öz qədim mədəni ənənələrini qoruyub inkişaf etdirməklə yanaşı, onların öyrənilməsinə və təbliğinə böyük diqqət yetirən, müasir dünya mədəni məkanına inteqrasiyaya yönəlmiş bir ölkədir.
O, bu gün Özbəkistanın beynəlxalq görüşlər keçirmək üçün qonaqpərvər platforma olduğunu vurğulayıb, konqresi dünyanın hər yerindən insanları, bölgənin zəngin mədəniyyətinə olan maraqları birləşdirən körpü kimi dəyərləndirib.
Ş.Məlikovanın beynəlxalq tədbirdə "Azərbaycan mədəni irsinin qorunması və populyarlaşdırılmasında Milli Xalça Muzeyinin təcrübəsi" mövzusunda təqdimatla çıxış edib. O, muzeyin kolleksiyaları, onların zənginləşdirilməsi istiqamətində görülən işlər, Ənənəvi texnologiya şöbəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Şöbənin işinin əsas istiqamətlərinin qədim, unudulmuş xalçatoxuma, tikmə texnikalarının dirçəldilməsi, muzey kolleksiyalarındakı xalça və tikmələrin replikalarının hazırlanması, müəllif eskizləri əsasında xalçaların yaradılması, müasir rəssamlarla, tələbələrlə birgə iş, fiziki məhdudiyyətli insanlar da daxil olmaqla böyüklər və uşaqlar üçün xalça toxuculuğunun tədrisi və s. olduğunu diqqətə çatdırıb. Burada reallaşdırılan çoxsaylı layihələr, keçirilən ustad dərsləri haqqında danışıb. Şirin xanımın çıxışı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Konqresdə Avstriya, ABŞ, Türkiyə, Rusiya, Polşa, Ukrayna, Yaponiya, Yunanıstan, İran, İsrail, Almaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İsveçrə, Avstriya və s. ölkələrdən olan mütəxəssislərin 100-dən artıq məruzəsi dinlənilib.
Tədbir çərçivəsində "Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında" silsiləsindən 50 unikal illüstrasiyalı kitab-albomun təqdimatı keçirilib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın konqresin işində fəal iştirakını nəzərə alaraq, ona özbək incəsənətinin şah əsərlərinə həsr olunmuş kitab albomların hədiyyə edilməsi ilə bağlı sertifikat təqdim olunub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ş.Məlikovaya "Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında" layihəsi çərçivəsində Azərbaycanda qorunub saxlanılan özbək mədəni irsinin öyrənilməsi və buna dair kitabın nəşri ilə bağlı təklif irəli sürülüb.
Özbəkistanın mədəni irsi həftəsi sentyabrın 21-dək davam edəcək.
Xəbər lenti
0