Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əllidən artıq müəssisədən Rusiyaya alma ixracına icazə verilib

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 144767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində bu ölkəyə ixrac olunmuş məhsuldan təqribən 2,2 dəfə çoxdur.
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən birgə tədbirlərin nəticəsi və agentliyin zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 2021-ci il 14 sentyabr tarixindən daha 11 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.
Xatırladaq ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 144767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton məhsuldan təqribən 2,2 dəfə çoxdur.
Qeyd edək ki, bir müddət öncə, Azərbaycandan Rusiyaya pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu, digər 2 təsərrüfata məxsus 2 məhsul partiyasında isə pepino mozaik virusunun aşkarlanması ilə bağlı Rusiyanın müvafiq qurumu tərəfindən daxil olan bildiriş əsasında Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Həmçinin oxuyun:
Elxan Mikayılov: “Xırda təsərrüfatların əsas seqmenti daxili bazar olmalıdır”
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала