https://sputnik.az/20210914/Peyvnd-lotereyasnn-qaliblri-aqland-427921562.html
Gürcüstanda keçirilən peyvənd lotereyasının qalibləri mükafatlandırılıblar
Gürcüstanda keçirilən peyvənd lotereyasının qalibləri mükafatlandırılıblar
Sputnik Azərbaycan
Vaksinasiya olunmuş 160 Gürcüstan vətəndaşı lotereya oyununda 100-500 lari məbləğində pul qazandılar. 14.09.2021, Sputnik Azərbaycan
2021-09-14T23:28+0400
2021-09-14T23:28+0400
2021-11-16T20:29+0400
xəbərlər
cəmiyyət
gürcüstan
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427384961_0:0:3069:1727_1920x0_80_0_0_ade3cd9ebad6f51462808e77e88b9b05.jpg
BAKI, 14 sentyabr — Sputnik. Gürcüstanda vətəndaşları koronavirusa qarşı peyvəndə təşviq etmək məqsədilə keçirilən birinci lotereya oyununun nəticəsi açıqlanıb. Sputnik Gürcüstan-ın verdiyi xəbər görə, vaksinasiya prosesinə cəlb olunmuş vətəndaşlar arasında keçirilən "Peyvənd olun, qalib gəl" adlı lotereya oyununda uduş qazananların adları Stopcov.lotto.ge portalında açıqlanıb.Oyunun ilk qalibləri sentyabrın 13-nə kimi peyvənd olunmuş şəxslər arasından seçilib.Növbəti günlərdə həmin tarixdən sonra vaksin vurduranlar da lotereyaya qatıla biləcəklər. Hətta yalnız bir doza vaksin vurduranlar belə lotereyada iştirak hüququ qazanır.Qaliblərin sayı 160 nəfərdir, onlar ümumilikdə 20 min lari (təxminən 11 min manat) məbləğində pul mükafatı əldə ediblər.Qeyd edək ki, Gürcüstanda keçirilən peyvənd lotereyasında gündəlik 100 (təxminən 55 manat) və 500 (təxminən 273 manat) larilik mükafatlar oynanılır. Final oyunu isə ilin sonunda keçiriləcək və mükafat fondu 100 min lariyə (təxminən 55 min manat) bərabər olacaq.Lotereya şirkətinin bir və ya iki doza peyvənd vurdurmuş bütün vətəndaşların qeydiyyatdan keçirildiyi Xəstəliklərə Nəzarət Mərkəzinin bazasına daxil olmaq hüququ var. Qaliblər vaksinasiyaya cəlb olunmuş vətəndaşlar arasından təsadüfi olaraq seçilir.Həmçinin oxuyun:Vaksin və sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427384961_0:0:2731:2048_1920x0_80_0_0_808a2f8d67630be802cc3420b5a45d94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, gürcüstan, dünya
xəbərlər, gürcüstan, dünya
Gürcüstanda keçirilən peyvənd lotereyasının qalibləri mükafatlandırılıblar
23:28 14.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Vaksinasiya olunmuş 160 Gürcüstan vətəndaşı lotereya oyununda 100-500 lari məbləğində pul qazandılar.
BAKI, 14 sentyabr — Sputnik. Gürcüstanda vətəndaşları koronavirusa qarşı peyvəndə təşviq etmək məqsədilə keçirilən birinci lotereya oyununun nəticəsi açıqlanıb. Sputnik Gürcüstan-ın verdiyi xəbər görə, vaksinasiya prosesinə cəlb olunmuş vətəndaşlar arasında keçirilən "Peyvənd olun, qalib gəl" adlı lotereya oyununda uduş qazananların adları Stopcov.lotto.ge portalında açıqlanıb.
Oyunun ilk qalibləri sentyabrın 13-nə kimi peyvənd olunmuş şəxslər arasından seçilib.
Növbəti günlərdə həmin tarixdən sonra vaksin vurduranlar da lotereyaya qatıla biləcəklər. Hətta yalnız bir doza vaksin vurduranlar belə lotereyada iştirak hüququ qazanır.
Qaliblərin sayı 160 nəfərdir, onlar ümumilikdə 20 min lari (təxminən 11 min manat) məbləğində pul mükafatı əldə ediblər.
Qeyd edək ki, Gürcüstanda keçirilən peyvənd lotereyasında gündəlik 100 (təxminən 55 manat) və 500 (təxminən 273 manat) larilik mükafatlar oynanılır. Final oyunu isə ilin sonunda keçiriləcək və mükafat fondu 100 min lariyə (təxminən 55 min manat) bərabər olacaq.
Lotereya şirkətinin bir və ya iki doza peyvənd vurdurmuş bütün vətəndaşların qeydiyyatdan keçirildiyi Xəstəliklərə Nəzarət Mərkəzinin bazasına daxil olmaq hüququ var. Qaliblər vaksinasiyaya cəlb olunmuş vətəndaşlar arasından təsadüfi olaraq seçilir.