CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərin I sinfinə şagird qəbulu yekunlaşır

© Sputnik / Murad OrujovВозобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года
Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Abunə olmaq
Bu tədris ili üzrə birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.
BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.
Sentyabrın 8-nə olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).
Həmçinin oxuyun:
Boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayıb
Xəbər lenti
0