https://sputnik.az/20210914/I-Am-Jazzman-Bakida-yeni-ulduzlar-parladi-427912806.html
I Am Jazzman: Bakıda yeni ulduzlar parladı
I Am Jazzman: Bakıda yeni ulduzlar parladı
Sputnik Azərbaycan
Sentyabrın 18-dək paytaxtda davam edəcək Bakı Caz Festivalı çərçivəsində gənc ifaçıların "I Am Jazzman" (Mən Cazmenəm) müsabiqəsi keçirilib. Müsabiqəyə 14-30... 14.09.2021, Sputnik Azərbaycan
2021-09-14T16:17+0400
2021-09-14T16:17+0400
2021-11-17T00:04+0400
multimedia
video
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427912771_10:-1:1920:1080_1920x0_80_0_0_7e2566d914e3c3ff645e72cddf2dbf61.jpg
Müsabiqəyə ümumilikdə 13 istedadlı musiqiçi qatılıb - onlardan bəzilərinin artıq musiqi təhsili var, bəziləri isə musiqi səyahətinə yeni başlayıb. Müsabiqə iki mərhələdən ibarət olub. Müsabiqənin qaliblərinə birinci yer üçün 1000, ikinci yer üçün 500, üçüncü yer üçün 200 manat məbləğində pul mükafatı verilib.Müsabiqənin xüsusi mükafatı Fərid Zeynalova təqdim edilib. Birinci yerə Rüstəm Sadıqlı, ikinci yerə Allahverdiyev Məhəmməd layiq görülüblər. Üçüncü yeri isə Asmet Nəcəfova və Albina Pikşeva paylaşıblar.“Bütün iştirakçılar çox istedadlıdır. İstəyirəm ki, onlar musiqi təhsili almağa davam etsinlər”, - deyə Caz festivalının direktoru Leyla Əfəndiyeva müsahibəsində bildirib."I am Jazzman" müsabiqəsi hər il Caz festivalı çərçivəsində keçirilir. Layihənin məqsədi peşəkar və məharətli, istedadlı caz ifaçılarını, gənc musiqiçiləri tapmaqdır."Mən Cazmenəm" həm səhnədə yeni ulduzları alovlandırır, həm də gənc istedadlara festival zamanı caz mütəxəssislərinə və tamaşaçılara öz qabiliyyətlərini nümayiş etdirmək imkanı verir.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427912771_202:-1:1920:1080_1920x0_80_0_0_17d42d3a181e541cd1261c0425fa6fa5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, dünya, azərbaycan
multimedia, dünya, azərbaycan
I Am Jazzman: Bakıda yeni ulduzlar parladı
16:17 14.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Sentyabrın 18-dək paytaxtda davam edəcək Bakı Caz Festivalı çərçivəsində gənc ifaçıların "I Am Jazzman" (Mən Cazmenəm) müsabiqəsi keçirilib. Müsabiqəyə 14-30 yaşlı musiqiçilər və vokalçılar qatılıb.
Müsabiqəyə ümumilikdə 13 istedadlı musiqiçi qatılıb - onlardan bəzilərinin artıq musiqi təhsili var, bəziləri isə musiqi səyahətinə yeni başlayıb. Müsabiqə iki mərhələdən ibarət olub. Müsabiqənin qaliblərinə birinci yer üçün 1000, ikinci yer üçün 500, üçüncü yer üçün 200 manat məbləğində pul mükafatı verilib.
Müsabiqənin xüsusi mükafatı Fərid Zeynalova təqdim edilib. Birinci yerə Rüstəm Sadıqlı, ikinci yerə Allahverdiyev Məhəmməd layiq görülüblər. Üçüncü yeri isə Asmet Nəcəfova və Albina Pikşeva paylaşıblar.
“Bütün iştirakçılar çox istedadlıdır. İstəyirəm ki, onlar musiqi təhsili almağa davam etsinlər”, - deyə Caz festivalının direktoru Leyla Əfəndiyeva müsahibəsində bildirib.
"I am Jazzman" müsabiqəsi hər il Caz festivalı çərçivəsində keçirilir. Layihənin məqsədi peşəkar və məharətli, istedadlı caz ifaçılarını, gənc musiqiçiləri tapmaqdır.
"Mən Cazmenəm" həm səhnədə yeni ulduzları alovlandırır, həm də gənc istedadlara festival zamanı caz mütəxəssislərinə və tamaşaçılara öz qabiliyyətlərini nümayiş etdirmək imkanı verir.