Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi Liseydə kursantların andiçmə mərasimi keçirilib

Çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.
BAKI, 14 sentyabr - Sputnik. Tədris ilinin başlanması münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə gənc kursantlar təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonra kursantlar sıra meydanında Şərəf andı içiblər.
Hərbi orkestrin müşayiəti ilə kursantlar  lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.
Həmçinin oxuyun:
Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала