Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub

© AP Photo / Petros GiannakourisКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Ötən əsrin 90-ci illərinin küçə yeniyetmələrinin azad həyatından bəhs edən "18 kilovers" filmi Qazaxıstanın tanınmış kinorejissoru Fərhad Şaripovun uğurlu işlərindən biri kimi yüksək dəyərləndirilir.
BAKI, 14 sentyabr — Sputnik. Tatarıstanın paytaxtında 17-ci Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub. Bağlanış mərasimində qaliblərə xüsusi mükafat və prizlər təqdim edilib. Sputnik Azərbaycan xəbər verir ki, festivalın təşkilat komitəsinə bu il 45 ölkədən 584 müraciət göndərilib. Seçim komissiyası cəmi 50 filmi qəbul edib.
Tatarıstan Republikasının baş naziri, Beynəlxalq Konqresin "Millişura" sədri Vasil Raziyev bildirib ki, festivalın maraqlı keçməsi və ən layiqli filmlərin seçilməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən əsrin 90-ci illərinin küçə yeniyetmələrinin azad həyatından bəhs edən "18 kilovers" filmi Qazaxıstanın tanınmış kinorejissoru Fərhad Şaripovun uğurlu işlərindən biri kimi yüksək dəyərləndirilir.
Kazan kinofestivalının Qran-pri mükafatına isə "18 kilovers" adlı film layiq görülüb.
Qeyd edək ki, sözügedən festivalın açılışında iştirak edən kino sənəti nümayəndələri arasında rejissorlardan Eldar Yağafarov (Tatarıstan), Rahul Aicaz (Pakistan), Daniel Quliyev (Azərbaycan), aktyorlardan Əli Burak Ceylan, Aleksandr Nosik, Tatyana Abramova, Yevgeniya Rozanova iştirak ediblər.
Bütövlükdə 100-dək film göstəriləcəyi festivalın proqramına tammetrajlı oyun filmləri, tammetrajlı sənədli filmlər, qısametrajlı oyun filmləri, qısametrajlı sənədli filmlər, eləcə də Tatarıstan rejissorlarının filmlərinin nümayiş olunduğu "Milli Müsabiqə" daxil idi.
Həmçinin oxuyun:
Venesiya Film Festivalının qalibləri açıqlanıb
Şuşa yeni festivala hazırlaşır
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала