https://sputnik.az/20210914/Azerbaycanl-ressam-beynelxalq-musabiqenin-qalibi-olub-427916241.html
Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub
Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub
Sputnik Azərbaycan
Müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. 14.09.2021, Sputnik Azərbaycan
2021-09-14T12:35+0400
2021-09-14T12:35+0400
2021-09-14T12:34+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/04/04/426617937_0:50:1200:725_1920x0_80_0_0_19ce2761b8223dbc600a0b3ddaf37dd9.jpg
BAKI, 14 sentyabr — Sputnik. Belarusun Mogilyov vilayətində Pavel Maslenikov adına Regional İncəsənət Muzeyində "Vətənin İncəsənətdə Təsviri" adlı 25-ci beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. Müsabiqə üç nominasiyada keçirilib. "Təsvirin poetik təcəssümü" nominasiyasında – Azərbaycanı təmsil edən Kamal Hacıyevin "Fəth edilməmiş" əsəri qalib seçilib.Qeyd edək ki, Kamal Hacıyev 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1983-ci illərdə Repin Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsində təhsil alıb.1984-1990-cı illərdə Belarus Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1991-ci ildə Belarus Rəssamlar İttifaqına qəbul edilib. Belarus Dövlət Rəssamlıq Akademiyasında, Maksim Tank adına Belarus Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/04/426617937_141:0:1161:765_1920x0_80_0_0_0c7157d9f453968df9797a577391bc4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub
Müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib.
BAKI, 14 sentyabr — Sputnik. Belarusun Mogilyov vilayətində Pavel Maslenikov adına Regional İncəsənət Muzeyində "Vətənin İncəsənətdə Təsviri" adlı 25-ci beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. Müsabiqə üç nominasiyada keçirilib. "Təsvirin poetik təcəssümü" nominasiyasında – Azərbaycanı təmsil edən Kamal Hacıyevin "Fəth edilməmiş" əsəri qalib seçilib.
Qeyd edək ki, Kamal Hacıyev 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1983-ci illərdə Repin Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsində təhsil alıb.
1984-1990-cı illərdə Belarus Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1991-ci ildə Belarus Rəssamlar İttifaqına qəbul edilib. Belarus Dövlət Rəssamlıq Akademiyasında, Maksim Tank adına Belarus Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.