Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni reallıqda türkdilli ölkələrin iqtisadi perpektivləri nə vəd edir? – ekspert şərhi

© Photo : QaynarinfoAsif Ibrahimov ---ekspert, iqtisadçı
Asif Ibrahimov ---ekspert, iqtisadçı     - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
İqtisadçı ekspert Asif İbrahimov bildirib ki, üçtərəfli bəyanatda təsbit edilmiş bütün komunikasiyaların bərpası həm də Ermənistanın uzun illər davam edən blokada şəraitindən çıxaraq inkişaf etməsinə imkan yarada bilər
Asif İbrahimov: “Vətən Müharibəsi iqtisadi priotetləri də yenidən müəyyənləşdirdi”
Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib.
Sputnik Azərbaycan TDƏŞ-in əməkdaşlıq perspektivlərinin regional əhəmiyyətini araşdırıb.
Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu iqtisadi şuranın iqtisadi fəaliyyət imkanları genişdir: “Azərbaycanın qələbəsi başa çatan Vətən Müharibəsi geo-siyasi reallıqlar yaratmaqla yanaşı, iqtisadi priotetləri də yenidən müəyyənləşdirdi. Üçtərəfli bəyanatda təsbit edilmiş bütün komunikasiyaların bərpası həm türkdilli ölkələrin iqtisadi potensiyalının artırılmasına, həm də Ermənistanın uzun illər davam edən blokada şəraitindən çıxaraq inkişaf etməsinə imkan yarada bilər. Türkdilli ölkələr təxminən 300 milyonluq bir bazarı əhatə edir. Burada diqqət çəkmək istədiyim digər bir məqam da Türkiyə və Böyük Britaniya arasında bağlanmış iqtisadi müqavilələrdir. Bu da Türkiyə vasitəsilə Mərkəzi Asiyaya iqtisadi kommunikasiya yolunun yaradılması deməkdir. Düşünürəm ki, gələcəkdə Türkdilli ölkələrin iqtisadi birliyinin yaradılması istiqamətində Azərbaycan təşəbbüskar kimi çıxış etməlidir”.
Asif İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0