CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlara qarşı daha bir zorakılıq - ər arvadını bıçaqladı

© Sputnik / Ilham MustafayevNabranda sahil qırağı
Nabranda sahil qırağı  - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Xalid Hüseynovun həyat yoldaşına bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 12-si saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovanın bıçaqlanması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılaņ araşdırmalarla şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı zərərçəkmişin əri Xalid Hüseynovun Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədova bıçaqlanaraq qətlə yetirilmişdi.
Həmçinin oxuyun:
Hüquq müdafiəçisi: Həyat yoldaşını döyəni barışdırmaq yox, qolunu qandallanmaq lazımdır
Xəbər lenti
0