CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı nazir Bolonyada səfərdədir

© Sputnik / Murad OrujovМероприятие, посвященное созданию в Азербайджане кинокомиссии Filming Azerbaijan
Мероприятие, посвященное созданию в Азербайджане кинокомиссии Filming Azerbaijan - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Görüşdə "Bakı prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə Azərbaycanla həm BMT-nin Sivilizasiyalar Alyansı, həm də İCESCO ilə birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb
BAKI, 13 sentyabr — Sputnik. Mədəniyyət naziri Anar Kərimov G20 Sammiti çərçivəsində İtaliyada keçirilən Dinlərarası Forumla bağlı Bolonyada səfərdədir. Sputnik Azərbaycan xəbər verir ki, A.Kərimov səfər zamanı BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə birgə "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası ilə bağlı üçtərəfli görüş keçirib.
Görüşdə Azərbaycanın yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının beynəlxalq sferada uğurla həyata keçirilməsi, BMT sistemində onun təbliği, eyni zamanda islam ölkələri və İslam Əməkdaşlıq Təşkilatına daxil olan müxtəlif təşkilatlar vasitəsilə təşviqinə dair müzakirələr aparılıb.
Həmçinin, görüşdə "Bakı prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə Azərbaycanla həm BMT-nin Sivilizasiyalar Alyansı, həm də İCESCO ilə birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Nazir Anar Kərimov "Mədəniyyət naminə sülh" qlobal kampaniyasına Prezident İlham Əliyev tərəfindən yüksək dəstəyin ifadə olunduğunu və bu istiqamətdə Mədəniyyət Nazirliyinə konkret tapşırıqların verildiyini diqqətə çatdırıb. Eyni zamanda bu layihə çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə beşillik fəaliyyət planının hazırlanması, həmçinin fəaliyyət planında BMT-nin Sivilizasiyalar Alyansı ilə yanaşı İCESCO-nun da tərəfdaş qismində müxtəlif layihə və proqramlarının əks olunmasının vacibliyini qeyd edib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iyun ayında ölkəmizə səfəri zamanı Azərbaycanda ona göstərilən yüksək qonaqpərvərliyə görə təşkilat adından təşəkkürünü bildirib, Prezident İlham Əliyevlə keçirilən görüşü xatırladaraq, müzakirələr zamanı bu istiqamətdə müxtəlif ideyaların irəli sürüldüyünü diqqətə çatdırıb. Həmçinin, onun tərəfindən bu qlobal kampaniyaya hər cür dəstək veriləcəyini, BMT-də bu layihənin təqdimatının keçiriləcəyini, eyni zamanda BMT Sivilizasiya Alyansı olaraq layihəyə qlobal tərəfdaşların cəlb edilməsində mühüm rol oynayacaqlarını diqqətə çatdırıb.
İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu qlobal layihəyə təşkilat tərəfindən də böyük önəm verildiyini vurğulayıb, hətta layihənin təsis olunduğu tədbirdə təqdim olunan videomüraciətində təşkilat olaraq layihəyə dəstəyin ifadə olunduğunu xatırladıb. İCESCO-nun hazırda bir çox sülhyaratma layihələri ilə bağlı ideyalarının olduğunu da bildirib. Hazırda təməli qoyulan bir çox layihənin gələcəkdə kampaniya çərçivəsində inteqrasiyasının vacibliyindən danışıb.
Görüşdə layihəyə yeni tərəfdaşların cəlb edilməsi üçün gələcəkdə qlobal tərəfdaşlıq şəbəkəsinin qurulması, eləcə də bu ilin sonunadək bir sıra vacib addımların atılması qərara alınıb. Xüsusən BMT-də layihənin təqdim edilməsinin, həmçinin cari ilin dekabrında İCESCO-nun Baş Konfransında layihə ilə bağlı təqdimatın keçirilməsinin vacibliyi qeyd olunub.
Xəbər lenti
0