https://sputnik.az/20210913/AS-sahibkarlarin-layihelerle-bagli-muracietini-asanlashdirib-427914044.html
Azərbaycan İnvestisiya Şirkəti sahibkarların layihələrlə bağlı müraciətini asanlaşdırıb
Azərbaycan İnvestisiya Şirkəti sahibkarların layihələrlə bağlı müraciətini asanlaşdırıb
Sputnik Azərbaycan
AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib. 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T20:23+0400
2021-09-13T20:23+0400
2021-11-17T00:04+0400
xəbərlər
iqtisadiyyat
cəmiyyət
investisiya
sahibkar
layihə
müraciət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42212/01/422120111_0:0:3072:1728_1920x0_80_0_0_b15762a46291de53a133fb25913c59cd.jpg
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarların layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib. Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır. Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC dövlətimizin başçısının "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb.2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmilləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.Eləcə də oxuyun:Professor: “Bu, iqtisadiyyatın şaxələndirilməsinə mane olur”Həftənin iqtisadi mənzərəsi: 45 dollara neft və daha üç il COVID-19-la yoldaşıqHərbi çevriliş alüminiumun qiymətini kəllə-çarxa qaldırdı: qazanan kim olacaq?Vahid Ələkbərov: Neftin qiyməti yüz dolları keçərsə, bu, yaxşı nəticələnməyəcəkSOCAR yeni istiqrazlar buraxacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/01/422120111_341:0:3072:2048_1920x0_80_0_0_d8bc1017bb04c8ea0219c0dd6e71cf4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, investisiya, sahibkar, layihə, müraciət, azərbaycan
xəbərlər, investisiya, sahibkar, layihə, müraciət, azərbaycan
Azərbaycan İnvestisiya Şirkəti sahibkarların layihələrlə bağlı müraciətini asanlaşdırıb
20:23 13.09.2021 (Yenilənib: 00:04 17.11.2021) AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarların layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən
Sputnik Azərbaycan-a bildirilib ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib. Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır. Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC dövlətimizin başçısının "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb.
2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmilləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Vahid Ələkbərov:
Neftin qiyməti yüz dolları keçərsə, bu, yaxşı nəticələnməyəcək