Tovuzda yetişdirilən qabaq faydalı tərəvəzdir, lakin Azərbaycanda az istifadə edilir
12:35 12.09.2021 (Yenilənib: 00:04 17.11.2021)
© Sputnik / Ilham MustafayevTovuzda qabaq yığımı
© Sputnik / Ilham Mustafayev
Abunə olmaq
Qabağın toxumu Hollandiyadan gətirilir və içərisinə min toxum olan bir qutu fermerlərə 70 manata başa gəlir.
BAKI, 12 sentyabr — Sputnik. Tovuzun Hunanlar kəndində ölkəmizdə nadir hallarda becərilən və el arasında “kabaçki” adlanan bitki - qabaq becərilir. Burada yetişdirilən qabaqla demək olar ki, bütün ölkə təmin edir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qabaq Tovuz rayonunda yalnız Hunanlar kəndində becərilir. Bu bitki susevər olduğundan Kür çayı ətrafında, su hövzələrinə yaxın torpaq sahələrində əkilir. Vətəni Cənubi Amerika hesab edilən tərəvəzin qida rasionunda əhəmiyyəti olduqca böyükdür. Tərkibində çox miqdarda su və az miqdarda şəkər olan bu tərəvəz həmçinin yüksək müalicəvi xüsusiyyətlərə malikdir. Xarici görünüşünə görə badımcana bənzəsə də, rəngi və tərkibi ondan xeyli fərqlənir.
İldə 3 dəfə - yaz, erkən yay və yayın sonlarında toxumu torpağa səpilən bitkidən 40 gün sonra məhsul götürülür.
© Sputnik / Ilham MustafayevTovuzda qabaq yığımı
Tovuzda qabaq yığımı
© Sputnik / Ilham Mustafayev
Təsərrüfat sahibləri bir çox müaəlicəvi əhəmiyyəti olmasına baxmayaraq ölkəmizdə bu tərəvəzin alıcısının az olduğunu söyləyirlər. Bir neçə ildir ki bitkiçiliyin bu sahəsi ilə məşğul olan Hunanlar kənd sakini Rasim Abdullayev bunu, qabağın ölkəmizdə az tanınması ilə əlaqələndirir:
“Qabaq çox xeyirli tərəvəzdir. Müalicəvi əhəmiyyəti çoxdur. Eyni zamanda məhsul bitkidir. Lakin ölkəmizdə az tanındığından ölkəmizdə ona tələbat azdır. Tovuz bazarına bu məhsul ümumiyyətlə satılmır. Yalnız Bakı bazarlarına göndəririk. Orada da az tanındığından satışı zəif gedir. Bu da qiymətə təsir edir”, -deyə fermer bildirib.
© Sputnik / Ilham Mustafayev
1/4
© Sputnik / Ilham Mustafayev
© Sputnik / Ilham Mustafayev
2/4
© Sputnik / Ilham Mustafayev
© Sputnik / Ilham Mustafayev
3/4
© Sputnik / Ilham Mustafayev
© Sputnik / Ilham Mustafayev
4/4
© Sputnik / Ilham Mustafayev
1/4
© Sputnik / Ilham Mustafayev
2/4
© Sputnik / Ilham Mustafayev
3/4
© Sputnik / Ilham Mustafayev
4/4
© Sputnik / Ilham Mustafayev
Qabaq əkini ilə məşğul olan Cahan Salmanov isə bu tərəvəzin uşaqların qidalanmasında, yaşlı insanların, şəkərli diabet xəstələrinin qidalanması üçün çox effektiv olduğunu söyləyib:
“Adi badımcan kimi də bişirilir. Qızartma da edilir. Dadında oxşarlıq olsa da baımcandan daha dadlı və şirin olur. Turşusu, kürüsü da hazırlanır. Konservlərə də vurulur. Əvvəllər yığıb konserv zavodlarına göndərirdik. Bu il yəqin ki, pandemiya ilə əlaqədar olaraq zavodlar qəbul etmədi. Buna görə də bu il məhsulu daha ucuz satmağa məcbur olduq. Neçə illərdir məhsulun 1 kq-ı 40 qəpiyə satılırdı. Bu il isə qiymət 30 qəpik oldu”, -deyə o bildirib.
C. Salmanovun sözlərinə görə qabağın toxumu Hollandiyadan gətirilir və içərisində min ədəd toxum olan bir qutu fermerlərə 70 manata başa gəlir.
Təsərrüfat sahiblərinin fikrincə müalicəvi xüsusiyyətlərinə görə qabaqdan hər kəs istifadə etməlidir. Bu həm sağlam qidalanmaya, həm də orqanizmin möhkəmlənməsinə səbəb olar.
Qeyd edək ki, paytaxt piştaxtalarında qabağın bir kiloqramının qiyməti 2-3 manat arasında dəyişir, mövsümdən asılı olaraq isə bəzən 5 manata qədər yüksəlir.