Alternativ enerji istehsalından Azərbaycan nələr qazana bilər? – ekspert şərh edir

© Photo : APAEnerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə
Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə - Sputnik Azərbaycan, 1920, 12.09.2021
Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib ki, ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması əsas prioritet istiqamət kimi götürülür
Emin Axundzadə: “Azərbaycanda bu istiqamətdə əsaslı işlər görülür”
“Son illərdə Azərbaycanda alternativ enerji istehsalında artımı müşahidə edə bilərik”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib.
Ekspert bildirib ki, 2013-2019-c illər arasında günəş enerjisinin istehsalı 131 dəfə, eyni zamanda bu illər ərzində külək enerjisinin istehsalında 5 dəfə artım qeydə alınıb: “Bu istiqamətdə xarici şirkətlərin də Azərbaycana maraq göstərdiyi müşahidə olunur. Stansiyalar qurulduqdan sonra Azərbaycanda 335 milyon kub metr miqdarda təbii qazın sərfiyyatına qənaət etmək mümkün olacaq. Həmçinin 600 min ton karbon emissiyası azala bilər. Qeyd edim ki, bu çox ciddi bir rəqəmdir. Digər tərəfdən ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması əsas prioritet istiqamət kimi götürülür. Bütün addımlar göstərir ki, Azərbaycanda bu istiqamətdə əsaslı işlər görülür”.
Emin Axundzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала