Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Əhalinin COVID pasportuna münasibəti

Abunə olmaq
Sosial Tədqiqatlar Mərkəzi sentyabrın 1-də ölkədə tətbiq olunan dəyişiklikləri nəzərə alaraq əhali arasında sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.

Hazırda bütün dünyanı cənginə almış koronavirusla mübarizədə ən optimal variant peyvənd hesab olunur. Ancaq başqa ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında vaksinasiyaya münasibət birmənalı deyil. Bununla belə, sentyabrın 1-də ölkədə peyvənd vurdurmayan şəxslər üçün həyat bir xeyli çətinləşib.

Artıq COVID pasportu olmayanlar "mall"-larda alış-veriş edə bilməz, kafe-restoranların isə yalnız terras və bağçasında oturub nahar etməyə icazə verilir. Bir sıra başqa məhdudiyyətlər də nəzərdə tutulub.

Belə ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarındakı dəyişikliyə görə, bu ilin sentyabr ayının 1-dən etibarən:

– dövlət orqanlarının əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Bu siyahıya mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələri daxildir;

– Sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

– Yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bura ictimai iaşə müəssisələri, mehmanxanalar, iri ticarət mərkəzləri aiddir.

Sosial Tədqiqatlar Mərkəzi bu dəyişiklikləri nəzərə alaraq əhali arasında COVID pasportu ilə bağlı sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.

Xəbər lenti
0