Zakir Həsənov Türkiyənin Müdafiə naziri və Baş qərargah rəisinə başsağlığı verib

© AR Ministry of DefenceAzərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akarın görüşü
Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akarın görüşü - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Müdafiə naziri Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyini ifadə edib.
BAKI, 11 sentyabr - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir:
"Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.
Allah rəhmət eləsin".
***
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilər hücuma məruz qalıblar.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.
Yaralı hərbçilər hospitala yerləşdirilib.
Xəbər lenti
0