CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Türkiyədə xəstəxanaya yerləşdirilib

© Photo : Social media page of Agadadash AgayevAğadadaş Ağayev
Ağadadaş Ağayev - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Xalq artisti Ağadadaş Ağayev yenidən müalicə məqsədilə Türkiyəyə getdiyini, hazırda İstanbulda xəstəxanada olduğunu bildirib.
BAKI, 11 sentyabr - Sputnik. Xalq artisti Ağadadaş Ağayev yenidən müalicə məqsədilə Türkiyəyə gedib. 
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb. İstanbulda xəstəxanada olduğunu vurğulayan müğənni yazıb: 
"Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var".
Qeyd edək ki, Ağadadaş Ağayev üç dəfə Türkiyədə əməliyyat olunub.O, axırıncı dəfə bu ilin iyun ayında əməliyyat keçirmişdi. 
06.08.2021
Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti vaksin vurdurub
Xalq artisti Ağadadaş Ağayev koronavirus əleyhinə vaksin vurdurub. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi vaksin vurdurarkən foto çəkdirərək "Instagram" hesabında paylaşıb. O, paylaşımına: "Sevimli xalqıma sağlıqlı uzun ömür arzulayıram! Peyvəndimi vurdurub pasportumu aldım!" sözlərini yazıb.
Xalq artisti həmçinin video paylaşıb və insanları vaksin vurdurmağa çağırıb: "Mən Türkiyədə olarkən, əməliyyatlar vaxtı həkimimdən soruşdum ki, mən peyvənd vurdura bilərəmmi? Həkimim də dedi ki, vurdura bilərsən. Amma mən Türkiyə vətəndaşı olmadığımdan mənə peyvənd vurmadılar. Mənə həkimim peyvənd olmağı məsləhət gördü. Artıq onkoloji xəstə deyiləm, həkimlərim hətta onkoloji xəstəliyim davam etdiyi müddətdə də vaksin vurdura biləcəyimi söylədilər. Dedilər ki, "Delta" ştammı da yayılıb, ona görə də virusdan qorunmaq üçün mütləq peyvənd olunmalısan".
Qeyd edək ki, sənətçi bir müddət öncə xərçəng xəstəliyinə görə dəfələrlə ağır əməliyyatlar keçirib.
Xəbər lenti
0