https://sputnik.az/20210911/-Taliban-fqanstandan-gizli-sndlrin-xarlmas-bard-xbrlri-tkzib-edib-427897669.html
Taliban* Əfqanıstandan gizli sənədlərin çıxarılması barədə xəbərləri təkzib edib
Taliban* Əfqanıstandan gizli sənədlərin çıxarılması barədə xəbərləri təkzib edib
Sputnik Azərbaycan
Taliban* bildirib ki, Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb. 11.09.2021, Sputnik Azərbaycan
2021-09-11T11:20+0400
2021-09-11T11:20+0400
2021-11-16T20:29+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427859993_0:0:3072:1728_1920x0_80_0_0_41d169944955663f06813ddb94cdf8a6.jpg
BAKI, 11 sentyabr — Sputnik. Taliban* hərəkatı humanitar yardım göstərən Pakistan təyyarələrində Kabildən gizli sənədlərin və kompüterlərin çıxarılması xəbərini təkzib edib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mənbə RİA Novosti-yə bildirib.Bu yaxınlarda Pakistan Əfqanıstana humanitar yardım təyyarəsi göndərib."Bu təbliğatdır. Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb", - deyə mənbə bildirib.Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427859993_178:0:2909:2048_1920x0_80_0_0_9434588e8cd9bdb3fba572b146de185b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Taliban* Əfqanıstandan gizli sənədlərin çıxarılması barədə xəbərləri təkzib edib
11:20 11.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Taliban* bildirib ki, Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb.
BAKI, 11 sentyabr — Sputnik. Taliban* hərəkatı humanitar yardım göstərən Pakistan təyyarələrində Kabildən gizli sənədlərin və kompüterlərin çıxarılması xəbərini təkzib edib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mənbə
RİA Novosti-yə bildirib.
Bu yaxınlarda Pakistan Əfqanıstana humanitar yardım təyyarəsi göndərib.
"Bu təbliğatdır. Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb", - deyə mənbə bildirib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması