https://sputnik.az/20210911/-Sabah-Bakda--Qarda---2021-birg-beynlxalq-tlimi-balayr-427897986.html
Sabah Bakıda "Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayır
Sabah Bakıda "Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayır
Sputnik Azərbaycan
Birgə təlimin əsas məqsədi sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. 11.09.2021, Sputnik Azərbaycan
2021-09-11T12:40+0400
2021-09-11T12:40+0400
2021-09-11T12:29+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427366581_0:0:1001:566_1920x0_80_0_0_37d1c9050cecbba631767ecd38786c8f.jpg
BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır."Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.Qeyd edək ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminə hazırlıq işləri, təlimin keçiriləcəyi ərazi ilə tanış olmuş, təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər vermişdi.Həmçinin oxuyun:* Azərbaycan və Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları ediblər* Naxçıvanda hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində təlimlər keçirilib* Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uçuşları keçirib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427366581_0:-1:961:603_1920x0_80_0_0_7e586ba1877a0f467607a8ceff02097b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Sabah Bakıda "Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi başlayır
Birgə təlimin əsas məqsədi sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Qeyd edək ki, ötən həftə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminə hazırlıq işləri, təlimin keçiriləcəyi ərazi ilə tanış olmuş, təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər vermişdi.