https://sputnik.az/20210910/Onbir-rayon-mrkzi-xstxanas-il-diaqnostika-mrkzlri-birldirilck---SYAHI-427894222.html
On bir rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək - SİYAHI
On bir rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək - SİYAHI
Sputnik Azərbaycan
Üçüncü səviyyəyə isə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlər aiddir ki, onların bəzilərinin fəaliyyətinin optimallaşdırılması məqsədilə... 10.09.2021, Sputnik Azərbaycan
2021-09-10T16:45+0400
2021-09-10T16:45+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
səhiyyə
xəstəxana
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42414/77/424147783_0:0:3069:1727_1920x0_80_0_0_6998182ee278aaaa9fc420baf686da0d.jpg
BAKI, 10 sentyabr — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ildə səhiyyə sistemində aparılan islahatlar çərçivəsində növbəti addım müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi ilə bağlıdır. Tibb müəssisələrinin strukturu ilə bağlı həyata keçirilən bu yeniliyin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.Qeyd olunub ki, eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.Birləşdirilməsi nəzərdə tutulan tibbi müəssisələrinin siyahısını təqdim edirik:1. Lənkəran Rayon Mərkəzi Xəstəxanası və Lənkəran Müalicə-Diaqnostika Mərkəzi2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Müalicə Diaqnostika Mərkəzi3. Qəbələ Rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə-Diaqnostika Mərkəzi4. Füzuli Rayon Mərkəzi Xəstəxanası və Füzuli Müalicə-Diaqnostika Mərkəzi5. Quba Rayon Mərkəzi Xəstəxanası və Quba Müalicə-Diaqnostika Mərkəzi6. Qazax Rayon Mərkəzi Xəstəxanası və Qazax Müalicə-Diaqnostika Mərkəzi7. Bərdə Rayon Mərkəzi Xəstəxanası və Bərdə Müalicə-Diaqnostika Mərkəzi8. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası və Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi9. Zaqatala Rayon Mərkəzi Xəstəxanası və Zaqatala Müalicə-Diaqnostika Mərkəzi10. Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Şamaxı Müalicə-Diaqnostika Mərkəzi11. Tovuz Rayon Mərkəzi Xəstəxanası və Tovuz Hemodializ və Diaqnostika MərkəziSorğuya cavab olaraq bildirilib ki, hazırda Bakı şəhəri üzrə tibb müəssisələri 3 səviyyə üzrə qruplaşdırılıb: "Birinci səviyyə olan ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Belə ki, bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir"."İkinci səviyyəyə aid olan tibb müəssisələrində isə əhaliyə ambulator-stasionar tibbi xidmətlər göstərilir. Aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir", - deyə məlumatda qeyd olunub.Üçüncü səviyyəyə isə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlər aiddir ki, onların bəzilərinin fəaliyyətinin optimallaşdırılması məqsədilə müəyyən struktur dəyişikliklərinin aparılması nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42414/77/424147783_156:0:2887:2048_1920x0_80_0_0_27d19c5ea2f6790b9f7033ab4dd2e412.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, xəstəxana, azərbaycan
xəbərlər, xəstəxana, azərbaycan
On bir rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək - SİYAHI
16:45 10.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Üçüncü səviyyəyə isə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlər aiddir ki, onların bəzilərinin fəaliyyətinin optimallaşdırılması məqsədilə müəyyən struktur dəyişikliklərinin aparılması nəzərdə tutulub.
BAKI, 10 sentyabr — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ildə səhiyyə sistemində aparılan islahatlar çərçivəsində növbəti addım müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi ilə bağlıdır. Tibb müəssisələrinin strukturu ilə bağlı həyata keçirilən bu yeniliyin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.
Birləşdirilməsi nəzərdə tutulan tibbi müəssisələrinin siyahısını təqdim edirik:
1. Lənkəran Rayon Mərkəzi Xəstəxanası və Lənkəran Müalicə-Diaqnostika Mərkəzi
2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Müalicə Diaqnostika Mərkəzi
3. Qəbələ Rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə-Diaqnostika Mərkəzi
4. Füzuli Rayon Mərkəzi Xəstəxanası və Füzuli Müalicə-Diaqnostika Mərkəzi
5. Quba Rayon Mərkəzi Xəstəxanası və Quba Müalicə-Diaqnostika Mərkəzi
6. Qazax Rayon Mərkəzi Xəstəxanası və Qazax Müalicə-Diaqnostika Mərkəzi
7. Bərdə Rayon Mərkəzi Xəstəxanası və Bərdə Müalicə-Diaqnostika Mərkəzi
8. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası və Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi
9. Zaqatala Rayon Mərkəzi Xəstəxanası və Zaqatala Müalicə-Diaqnostika Mərkəzi
10. Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Şamaxı Müalicə-Diaqnostika Mərkəzi
11. Tovuz Rayon Mərkəzi Xəstəxanası və Tovuz Hemodializ və Diaqnostika Mərkəzi
Sorğuya cavab olaraq bildirilib ki, hazırda Bakı şəhəri üzrə tibb müəssisələri 3 səviyyə üzrə qruplaşdırılıb: "Birinci səviyyə olan ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Belə ki, bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir".
"İkinci səviyyəyə aid olan tibb müəssisələrində isə əhaliyə ambulator-stasionar tibbi xidmətlər göstərilir. Aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir", - deyə məlumatda qeyd olunub.
Üçüncü səviyyəyə isə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlər aiddir ki, onların bəzilərinin fəaliyyətinin optimallaşdırılması məqsədilə müəyyən struktur dəyişikliklərinin aparılması nəzərdə tutulub.