https://sputnik.az/20210910/On-alt-ba-qoyun-ourlayan-xs-saxlanlb-427894643.html
On altı baş qoyun oğurlayan şəxs saxlanılıb
On altı baş qoyun oğurlayan şəxs saxlanılıb
Sputnik Azərbaycan
Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib. 10.09.2021, Sputnik Azərbaycan
2021-09-10T17:38+0400
2021-09-10T17:38+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
hadisə
qoyun
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/15/426282705_0:0:3069:1726_1920x0_80_0_0_f16462df337f77eb3fd4541057c4f8f0.jpg
BAKI, 10 sentyabr — Sputnik. Salyanda fermadan 16 baş qoyun oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlanması barədə məlumat daxil olub.Salyan və Ağcəbədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub.Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.Faktla əlaqədar E.Musayev barəsində Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.Qeyd edək ki, bir müddət öncə bənzər hadisə Salyanda da baş vermişdi. Belə ki, 143 baş qoyun oğurlamaqda şübhəli bilinən Dilqəm Mirzəliyev saxlanılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/15/426282705_223:0:2954:2048_1920x0_80_0_0_2d16c9e281402b15b83f2efa798234bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qoyun, azərbaycan
xəbərlər, qoyun, azərbaycan
On altı baş qoyun oğurlayan şəxs saxlanılıb
17:38 10.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
BAKI, 10 sentyabr — Sputnik. Salyanda fermadan 16 baş qoyun oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Sputnik Azərbaycan-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlanması barədə məlumat daxil olub.
Salyan və Ağcəbədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Faktla əlaqədar E.Musayev barəsində Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə bənzər hadisə Salyanda da baş vermişdi. Belə ki, 143 baş qoyun oğurlamaqda şübhəli bilinən Dilqəm Mirzəliyev saxlanılmışdı.