Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mikayıl Cabbarov: “Nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır”

© Sputnik / Murad Orujovİqtisadiyyat naziri Mikayıl Cabbarov
İqtisadiyyat naziri Mikayıl Cabbarov - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək
Mikayıl Cabbarov: “Bütün layihələrimiz innovativ həllərə uyğun reallaşdırılacaq”
“2021-ci ilin yeddi ayı ərzində Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2,6 milyard manat və ya ümumi dövriyyənin 15 faizini təşkil edib. Biz innovasiyaların elektron ticarətə tətbiqi üzrə türkdilli dövlətlərlə əməkdaşlığı davam etdiririk”. Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.
O bildirib ki, bir müddət əvvəl Türkiyə tərəfi ilə bununla bağlı razılıq əldə etmişik: “Ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək. Bu baxımdan biz türkdilli ölkələrlə imzalanması nəzərdə tutulan müvafiq memorandumu hazırlayırıq. Nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır. Biz, həmçinin bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı və yaşıl texnologiyalar sahəsində layihələr üzrə işləyirik. İclasın yekununda ticari-iqtisadi xarakterli bir sıra sənəd və sazişlərin imzalanması nəzərdə tutulur. Bizim bütün layihələrimiz dünya səviyyəli innovativ həllərə uyğun reallaşdırılacaq”.
Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0