https://sputnik.az/20210909/rdoan-Talibanla-qarlql-mnasibtlri-davam-etdirmyin-vacibliyini-byan-etdi-427883118.html
Ərdoğan Taliban*la qarşılıqlı münasibətləri davam etdirməyin vacibliyini bəyan etdi
Ərdoğan Taliban*la qarşılıqlı münasibətləri davam etdirməyin vacibliyini bəyan etdi
Sputnik Azərbaycan
Türkiyə Prezidenti ilə İtaliya Baş naziri Mario Draqi arasındakı telefon danışığında Əfqanıstan, "G-20", Liviya məsələləri və iki ölkənin qarşılıqlı... 09.09.2021, Sputnik Azərbaycan
2021-09-09T15:14+0400
2021-09-09T15:14+0400
2021-11-16T20:29+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/02/425094624_0:0:3072:1738_1920x0_80_0_0_e8aece9298b5008d9b851031cff5a566.jpg
BAKI, 9 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Taliban*la qarşılıqlı münasibətlərin davam etdirilməsini vacib hesab edir. Onun sözlərinə görə, əks təqdirə onsuz da ən yüksək səviyyəyə gəlib çatmış miqrant axının qarşısını almaq mümkün olmayacaq.Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu fikri İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığında səsləndirib. Bu barədə Ərdoğanın mətbuat katibliyindən məlumat verilib."Prezident Ərdoğan Əfqanıstanın humanitar yardımla təchiz edilməsi məqsədilə Taliban hərəkatı ilə qarşılıq münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və əks təqdirdə miqrant axının daha da güclənəcəyini bildirib", – deyə məlumatda qeyd olunur.Agentliyin bildirdiyinə görə, danışıqların mətni ilə əlaqədar İtaliya tərəfindən də açıqlama verilib. Açıqlamada bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla İtaliya Baş naziri Mario Draqi arasındakı telefon danışığında Əfqanıstan, "G-20", Liviya məsələləri və Türkiyə-İtaliya qarşılıqlı münasibətləri müzakirə olunub.İtaliya Baş naziri Draqi Türkiyə Prezidenti Ərdoğanı hazırda sədrliyini İtaliyanın həyata keçirdiyi "G-20"-nin oktyabr ayında Romada keçiriləcək Liderlər Sammitinə də dəvət edib.*Dünyanın bir sıra ölkələrində qadağan olunmuş terror təşkilatı
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/02/425094624_0:0:3072:1930_1920x0_80_0_0_4d43a18f94d5a4555eccfa79341616ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Ərdoğan Taliban*la qarşılıqlı münasibətləri davam etdirməyin vacibliyini bəyan etdi
15:14 09.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Türkiyə Prezidenti ilə İtaliya Baş naziri Mario Draqi arasındakı telefon danışığında Əfqanıstan, "G-20", Liviya məsələləri və iki ölkənin qarşılıqlı münasibətləri müzakirə olunub.
BAKI, 9 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Taliban*la qarşılıqlı münasibətlərin davam etdirilməsini vacib hesab edir. Onun sözlərinə görə, əks təqdirə onsuz da ən yüksək səviyyəyə gəlib çatmış miqrant axının qarşısını almaq mümkün olmayacaq.
Sputnik Azərbaycan
Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu fikri İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığında səsləndirib. Bu barədə Ərdoğanın mətbuat katibliyindən məlumat verilib.
"Prezident Ərdoğan Əfqanıstanın humanitar yardımla təchiz edilməsi məqsədilə Taliban hərəkatı ilə qarşılıq münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və əks təqdirdə miqrant axının daha da güclənəcəyini bildirib", – deyə məlumatda qeyd olunur.
Agentliyin bildirdiyinə görə, danışıqların mətni ilə əlaqədar İtaliya tərəfindən də açıqlama verilib. Açıqlamada bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla İtaliya Baş naziri Mario Draqi arasındakı telefon danışığında Əfqanıstan, "G-20", Liviya məsələləri və Türkiyə-İtaliya qarşılıqlı münasibətləri müzakirə olunub.
İtaliya Baş naziri Draqi Türkiyə Prezidenti Ərdoğanı hazırda sədrliyini İtaliyanın həyata keçirdiyi "G-20"-nin oktyabr ayında Romada keçiriləcək Liderlər Sammitinə də dəvət edib.
*Dünyanın bir sıra ölkələrində qadağan olunmuş terror təşkilatı