FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Başa bəla buynuz: Kərgədanları qorumaq üçün buynuzlarını kəsirlər

Abunə olmaq
Buynuz alverçilərinə hətta Avropada da rast gəlinir. 2017-ci ildə naməlum şəxslər Fransa paytaxtı Parisin yaxınlığındakı Tuari zooparkına soxularaq Vins ləqəbli 5 yaşlı kərgədanı öldürüb və buynuzlarından birini mişarla kəsərək aparıblar.
BAKI, 9 sentyabr — Sputnik. Təkdırnaqlılar fəsiləsindən olan bu məməli heyvanın Afrika və Asiyada beş növü mövcuddur. Kərgədanları digər canlılardan fərqləndirən əsas cəhət burnunun üstündə bir və ya iki buynuzun olmasıdır. Əslində, elə bu buynuz da heyvanının başına bəla olur. Məsələ burasındadır ki, kərgədan buynuzu hazırda bütün dünyada ən bahalı məhsulların siyahısındadır. Brakonyerlər buynuzunu kəsib satmaq üçün həmin heyvanları qırıb axırına çıxırlar. Bu səbəbdən 1977-ci ildən dünyada kərgədan buynuzunun satışı qadağan olunub.
Ancaq kərgədan buynuzu o qədər baha qiymətə satılır ki, bu qadağa da brakonyerlərin qarşısını ala bilmir. Qara bazarda kərgədan buynuzu nə az, nə çox, düz – 50 min avroya satılır.
2015-ci ildə Zimbabvedə 1300 kərgədan buynuz alverçilərinin qurbanı olub. Nəticədə 2016-cı ilin yayında Zimbabve hökuməti ölkədə 700 kərgədanın buynuzunun kəsilməsi ilə bağlı göstəriş verib.
Buynuz alverçilərinə hətta Avropada da rast gəlinir. 2017-ci ildə naməlum şəxslər Fransa paytaxtı Parisin yaxınlığındakı Tuari zooparkına soxularaq Vins ləqəbli 5 yaşlı kərgədanı öldürüb və buynuzlarından birini mişarla kəsərək aparıblar.
Bu hadisə kərgədanların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Fransadakı hadisə göstərib ki, kərgədanların təhlükəsizliyi üçün buynuzlarının kəsilməsindən başqa yol yoxdur.
Bu günlərdə Cənubi Afrika Respublikasındakı qoruqlardan birində sözügedən heyvanları qorumaq üçün onların buynuzlarını kəsməyə başlayıblar. Daha ətraflı Sputnik Azərbaycan-ın fotolentində.
© REUTERS / Siphiwe SibekoQoruq işçiləri kərgədanın buynuzunu kəsirlər.
Qoruq işçiləri kərgədanın buynuzunu kəsirlər. - Sputnik Azərbaycan
1/10
Qoruq işçiləri kərgədanın buynuzunu kəsirlər.
© REUTERS / Siphiwe SibekoQoruq işçiləri kərgədanlarının kəsilmiş buynuzlarını aparır.
Qoruq işçiləri kərgədanlarının kəsilmiş buynuzlarını aparır. - Sputnik Azərbaycan
2/10
Qoruq işçiləri kərgədanlarının kəsilmiş buynuzlarını aparır.
© REUTERS / Siphiwe SibekoQoruq işçiləri kərgədan balası ilə birgə.
Qoruq işçiləri kərgədan balası ilə birgə. - Sputnik Azərbaycan
3/10
Qoruq işçiləri kərgədan balası ilə birgə.
© REUTERS / Siphiwe SibekoQoruq işçiləri buynuzunun kəsilmə əməliyyatından əvvəl kərgədanın gözlərini bağlayırlar.
Qoruq işçiləri buynuzunun kəsilmə əməliyyatından əvvəl kərgədanın gözlərini bağlayırlar. - Sputnik Azərbaycan
4/10
Qoruq işçiləri buynuzunun kəsilmə əməliyyatından əvvəl kərgədanın gözlərini bağlayırlar.
© REUTERS / Siphiwe SibekoYatızdırılmış kərgədanın buynuzunun kəsilmə əməliyyatı.
Yatızdırılmış kərgədanın buynuzunun kəsilmə əməliyyatı. - Sputnik Azərbaycan
5/10
Yatızdırılmış kərgədanın buynuzunun kəsilmə əməliyyatı.
© REUTERS / Siphiwe SibekoBuffalo Dream rançosunda kərgədanın buynuzunun kəsilmə əməliyyatı.
Buffalo Dream rançosunda kərgədanın buynuzunun kəsilmə əməliyyatı. - Sputnik Azərbaycan
6/10
Buffalo Dream rançosunda kərgədanın buynuzunun kəsilmə əməliyyatı.
© REUTERS / Siphiwe SibekoCAR-da ən böyük kərgədan qoruğu sayılan Buffalo Dream rançosunda kərgədanlar.
CAR-da ən böyük kərgədan qoruğu sayılan Buffalo Dream rançosunda kərgədanlar. - Sputnik Azərbaycan
7/10
CAR-da ən böyük kərgədan qoruğu sayılan Buffalo Dream rançosunda kərgədanlar.
© REUTERS / Siphiwe SibekoKərgədan balasını Buffalo Dream rançosuna köçürməkdən əvvəl müalicə edirlər.
Kərgədan balasını Buffalo Dream rançosuna köçürməkdən əvvəl müalicə edirlər. - Sputnik Azərbaycan
8/10
Kərgədan balasını Buffalo Dream rançosuna köçürməkdən əvvəl müalicə edirlər.
© REUTERS / Siphiwe SibekoQoruq işçiləri buynuzunun kəsilmə əməliyyətından əvvəl kərgədanı sakitləşdirirlər.
Qoruq işçiləri buynuzunun kəsilmə əməliyyətından əvvəl kərgədanı sakitləşdirirlər. - Sputnik Azərbaycan
9/10
Qoruq işçiləri buynuzunun kəsilmə əməliyyətından əvvəl kərgədanı sakitləşdirirlər.
© REUTERS / Siphiwe SibekoQoruq işçisi öz atı ilə Buffalo Dream rançosunda kərgədana baxır.
Qoruq işçisi öz atı ilə Buffalo Dream rançosunda kərgədana baxır. - Sputnik Azərbaycan
10/10
Qoruq işçisi öz atı ilə Buffalo Dream rançosunda kərgədana baxır.
Xəbər lenti
0