Xaçatryan: Türkiyənin hava məkanını bağlaması Ermənistan aviasiyasına baha başa gəlir

© Sputnik / Aleksey Malgavko / Fotobanka keçməkOmskda təyyarə
Omskda təyyarə - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Ermənistan hava yollarının rəsmisi qeyd edib ki, naviqasiya planının dəyişməsi səbəbindən uçuş müddəti, buna müvafiq olaraq da yanacaq xərcləri artır.
BAKI, 9 sentyabr - Sputnik. Türkiyənin Ermənistan hava yollarına hava məkanını verməkdən imtina etməsi uçuşların qiymətinə və müddətinə təsir edir.
Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan hava yolları şirkəti direktorunun müavini və kommersiya işləri üzrə direktoru Gevork Xaçartryan keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyənin hava məkanının Ermənistan aviaşirkətinə məxsus təyyarələr üçün açılması istiqamətində danışıqlar aparılır.
Onun sözlərinə görə, ötən 6 il ərzində Ermənistan təyyarələri Türkiyənin, Türkiyə təyyarələri isə Ermənistanın hava məkanı ilə uçub. Sonuncu dəfə bu ilin mart-aprel aylarında Türkiyəyə müraciət ediblər və rədd cavabı alıblar.
"Hazırda Türkiyənin hava məkanı ilə uçmuruq, amma danışıqlar gedir və görünür, müsbət irəliləyiş var. Ümid edirik ki, məsələ qısa müddətdə həll olunacaq", - deyə o, bildirib. 
Xaçatryan qeyd edib ki, naviqasiya planının dəyişməsi səbəbindən uçuş müddəti, buna müvafiq olaraq da yanacaq xərcləri artır. Bundan başqa, Türkiyənin və digər ölkələrin naviqasiya xərclərində müəyyən fərq var.
Xatırladaq ki, 44 günlük müharibənin başlamasına 20 gün qalmış, 9 sentyabr 2020-ci ildən etibarən Türkiyə Ermənistanda qeydiyyatdan keçmiş təyyarələrin öz hava sahəsinə girişini qadağan edib. Bu zaman Türkiyə tərəfi Ermənistana məxsus hava yollarına hər hansı səbəb göstərməyib.
Mülki Aviasiya Komitəsi Ermənistanın hava sahəsinin Türkiyə də daxil olmaqla bütün mülki təyyarələr üçün açıq olduğunu bəyan edib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала