https://sputnik.az/20210909/Taliblr-Vainqtonun-Dohada-ld-etdiyi-razlamann-pozulduunu-bildiriblr-427884531.html
Taliblər Vaşinqtonun Dohada əldə etdiyi razılaşmanın pozulduğunu bildiriblər
Taliblər Vaşinqtonun Dohada əldə etdiyi razılaşmanın pozulduğunu bildiriblər
Sputnik Azərbaycan
Pentaqon rəsmiləri qeyd ediblər ki, İslam Əmirliyi Nazirlər Kabinetinin bəzi üzvləri (taliblərin siyasi sisteminin adı - red.) və ya mərhum Haqqani Sahibin... 09.09.2021, Sputnik Azərbaycan
2021-09-09T17:16+0400
2021-09-09T17:16+0400
2021-11-16T20:29+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/41057/89/410578931_0:0:3385:1904_1920x0_80_0_0_fcd5c7f0fc1ec0640db043e8bffa2584.jpg
BAKI, 9 sentyabr — Sputnik. Taliban* hərəkatı hesab edir ki, Əfqanıstan hökuməti üzvlərinin ABŞ-ın qara siyahısında olması Doha razılaşmasının pozulmasıdır. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir."Pentaqon rəsmiləri qeyd ediblər ki, İslam Əmirliyi Nazirlər Kabinetinin bəzi üzvləri (taliblərin siyasi sisteminin adı - red.) və ya mərhum Haqqani Sahibin ailə üzvləri ABŞ-ın qara siyahısındadırlar. İslam Əmirliyi bu mövqeyin Dohada əldə edilən sazişi açıq şəkildə pozduğunu hesab edir", - hərəkatın bəyanatında bildirilib.Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini bildiriblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edəcək.* Rusiya Federasiyasında və bir çox ölkələrdə qadağan olunmuş terror qruplaşması
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41057/89/410578931_341:0:3072:2048_1920x0_80_0_0_afdc44eb4a4b8dad3486d66bc43db2d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Taliblər Vaşinqtonun Dohada əldə etdiyi razılaşmanın pozulduğunu bildiriblər
17:16 09.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Pentaqon rəsmiləri qeyd ediblər ki, İslam Əmirliyi Nazirlər Kabinetinin bəzi üzvləri (taliblərin siyasi sisteminin adı - red.) və ya mərhum Haqqani Sahibin ailə üzvləri ABŞ-ın qara siyahısındadırlar.
BAKI, 9 sentyabr — Sputnik. Taliban* hərəkatı hesab edir ki, Əfqanıstan hökuməti üzvlərinin ABŞ-ın qara siyahısında olması Doha razılaşmasının pozulmasıdır. Bu barədə Sputnik Azərbaycan
Rusiya mediasına istinadən xəbər verir.
"Pentaqon rəsmiləri qeyd ediblər ki, İslam Əmirliyi Nazirlər Kabinetinin bəzi üzvləri (taliblərin siyasi sisteminin adı - red.) və ya mərhum Haqqani Sahibin ailə üzvləri ABŞ-ın qara siyahısındadırlar. İslam Əmirliyi bu mövqeyin Dohada əldə edilən sazişi açıq şəkildə pozduğunu hesab edir", - hərəkatın bəyanatında bildirilib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini bildiriblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında və bir çox ölkələrdə qadağan olunmuş terror qruplaşması