https://sputnik.az/20210909/Qazanbulaq-qsbsi-kly-tab-gtirmdi-dam-rty-udu-aaclar-ad-427885659.html
Qazanbulaq qəsəbəsi küləyə tab gətirmədi: dam örtüyü uçdu, ağaclar aşdı
Qazanbulaq qəsəbəsi küləyə tab gətirmədi: dam örtüyü uçdu, ağaclar aşdı
Sputnik Azərbaycan
Təbiət hadisəsi zamanı qazi İlqar Avazova da ziyan dəyib, həmçinin qəsəbədə elektrik enerjisi kəsilib. 09.09.2021, Sputnik Azərbaycan
2021-09-09T16:44+0400
2021-09-09T16:44+0400
2021-09-09T16:44+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427881429_0:257:2731:1793_1920x0_80_0_0_9396c6de70e7b1dcc6ee97b8d3550e56.jpg
BAKI, 9 sentyabr — Sputnik. Yayın sonu, payızın əvvəli qərb bölgəsində havalar qeyri-sabit keçir. Bölgədə yağmurlu, küləkli hava ilə yanaşı tempuratur da aşağı düşüb. Son iki gündə isə bölgədə güclü külək müşahidə edilməkdədir.Əsən güclü külək Goranboyda fəsadsız ötüşməyib. Sputnik Azərbaycan xəbər verir ki, rayonun Qazanbulaq qəsəbəsində bir neçə qovaq ağacı aşıb. Həmçinin qəsəbə sakini, qazi İlqar Avazova məxsus köməkçi tikilinin dam örtüyünü külək yerə atıb. İ. Avazov güclü külək nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yarandığını bildirib:"Külək günortadan sonra daha da gücləndi, nəticədə həyətimizdə olan köməkçi tikilinin dam örtüyünü yerə atdı. Xoşbəxtlikdən təbiət hadisəsi zamanı həmin ərazidə, yaxınlıqda kimsə olmayıb. Xəsarət alan yoxdur, çox şükür. Baş verən hadisə ilə bağlı adiyyatı qurumlara məlumat vermişik. Külək qəsəbədə bir neçə iri ağacı da aşırıb. Elektrik naqilləri sıradan çıxıb, işıqlar kəsilib."Qeyd edək ki, küləkli hava rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427881429_0:0:2731:2048_1920x0_80_0_0_6121205e8b0a82304606de495f31eecd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Qazanbulaq qəsəbəsi küləyə tab gətirmədi: dam örtüyü uçdu, ağaclar aşdı
Təbiət hadisəsi zamanı qazi İlqar Avazova da ziyan dəyib, həmçinin qəsəbədə elektrik enerjisi kəsilib.
BAKI, 9 sentyabr — Sputnik. Yayın sonu, payızın əvvəli qərb bölgəsində havalar qeyri-sabit keçir. Bölgədə yağmurlu, küləkli hava ilə yanaşı tempuratur da aşağı düşüb. Son iki gündə isə bölgədə güclü külək müşahidə edilməkdədir.
Əsən güclü külək Goranboyda fəsadsız ötüşməyib. Sputnik Azərbaycan xəbər verir ki, rayonun Qazanbulaq qəsəbəsində bir neçə qovaq ağacı aşıb. Həmçinin qəsəbə sakini, qazi İlqar Avazova məxsus köməkçi tikilinin dam örtüyünü külək yerə atıb. İ. Avazov güclü külək nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yarandığını bildirib:
"Külək günortadan sonra daha da gücləndi, nəticədə həyətimizdə olan köməkçi tikilinin dam örtüyünü yerə atdı. Xoşbəxtlikdən təbiət hadisəsi zamanı həmin ərazidə, yaxınlıqda kimsə olmayıb. Xəsarət alan yoxdur, çox şükür. Baş verən hadisə ilə bağlı adiyyatı qurumlara məlumat vermişik. Külək qəsəbədə bir neçə iri ağacı da aşırıb. Elektrik naqilləri sıradan çıxıb, işıqlar kəsilib."
Qeyd edək ki, küləkli hava rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub.