Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pandemiyanın yeni dalğaları növbəti illərdə büdcədə əlavə vəsaitlərə ehtiyac yaradacaq

Abunə olmaq
Yeni ştammların yayılması 2022-ci ildə və ortamüddətli dövrdə dövlət büdcəsi üçün əsas çağırışlardan biri kimi aktuallığını itirmir.
BAKI, 9 sentyabr — Sputnik. COVID-19 pandemiyasına qarşı aparılan effektiv və səmərəli vaksinasiya prosesi, bu sahədə düzgün dövlət siyasəti, tədricən qapanmaların aradan qaldırılması, iqtisadiyyatı stimullaşdırma tədbirləri və bu kimi digər amillər fonunda ölkəmizdə iqtisadi canlanma müşahidə edilməkdədir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Virusun mutasiyası ilə bağlı riskləri yüksək olaraq qalmaqdadır
Qeyd edilən bütün müsbət tendensiyalara baxmayaraq, hələ də pandemiyanın yeni daha yüksək yoluxdurma sürətinə malik olan ştammlarının yayılması, virusun mutasiyası ilə bağlı risklər yüksək olaraq qalmaqdadır və 2022-ci ildə və ortamüddətli dövrdə dövlət büdcəsi üçün əsas çağırışlardan biri kimi aktuallığını itirmir.
Pandemiyanın növbəti dalğalarının baş verməsi növbəti illərdə səhiyyə və digər sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlərə ehtiyac yarada bilər. Bu da öz növbəsində büdcənin xərc strukturuna yenidən baxılması, o cümlədən qaçınılmaz xərc ehtiyaclarının mövcud ehtiyatlar və ya əlavə borclanma hesabına təmin olunması zərurətini ortaya çıxara bilər.
Növbəti illərin dövlət büdcəsinin səhiyyə xərclərində məqsədli vəsaitlərin ayrılması nəzərdə tutulub
Digər tərəfdən pandemiya ilə mübarizə çərçivəsində sərhədlərin qismən qapalı saxlanılması, beynəlxalq uçuşların bərpa olunmaması ictimai iaşə, turizm və nəqliyyat kimi sektorlara mənfi təsir etməklə bu sektorlardan əldə olunan qeyri-neft gəlirlərinin proqnozlaşdırılan səviyyədən az icrası riskini yaradır. Bu baxımdan da pandemiyanın ölkə iqtisadiyyatına və dövlət büdcəsinə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin davam etdirilməsi məqsədilə növbəti illərin dövlət büdcəsinin səhiyyə xərclərində məqsədli vəsaitlərin ayrılması nəzərdə tutulub.
Geniş subsidiyalaşdırılmadan irəli gələn risklər
Dövlət büdcəsindən ayrılan subsidiyaların genişləndirilməsi büdcə yükünün ildən-ilə artmasına səbəb olur. Lakin, ayrılan subsidiyaların təsirindən gözlənilən səmərə, yaxud da həmin sahələrin intensiv və yaxud da ekstensiv inkişafı, eləcə də gəlirlərin nəzərəçarpacaq artımı hələ ki, müşahidə edilmir. Odur ki, ayrılan subsidiyaların səmərəliliyi qiymətləndirilməli, nəticələr təhlil  olunmalı, vəsaitlərin ayrılması və monitorinq mexanizmlərinə yenidən baxılmalı, bu sahədə ciddi maliyyə intizamı təmin edilməlidir.
Fiskal risklər
Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin parametrləri bir sıra fərziyyələrə (neftin  qiyməti, manatın  məzənnəsi və s.) və İqtisadiyyat  Nazirliyinin təqdim etdiyi ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf proqnozlarına əsaslanaraq hesablanır. Bu fərziyyələr dəyişərsə, icmal və dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərinin strukturu da dəyişə bilər.
Bu baxımdan ortamüddətli dövrdə büdcə siyasətinin hədəflərindən kənarlaşmalara, dövlətin fiskal yükünün artmasına, gəlirlərin  azalmasına, digər maliyyə problemlərin  yaranmasına  səbəb ola biləcək fiskal risklərin qiymətləndirilməsi və qarşısının  alınması fiskal  dayanıqlığın və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oyanır.
Xəbər lenti
0