Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti küçə musiqiçisi ilə mahnı oxuyub

© SputnikФлора Керимова
Флора Керимова - Sputnik Azərbaycan, 1920, 09.09.2021
"Necə unudum səni" mahnısının musiqisi Əməkdar incəsənət xadimi Oqtay Rəcəbova, sözləri isə Zivər Ağayevaya məxsusdur. Mahnı 1979-cu ildə ilk dəfə Flora Kərimova tərəfindən ifa edilib.
BAKI, 9 sentyabr — Sputnik. Xalq artisti Flora Kərimova küçə musiqiçisi ilə mahnı oxuyub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Xalq artisti küçədə eşitdiyi musiqinin ardınca gedib və gitarada ifa edən şəxslə birlikdə 70-ci illərdə ifa etdiyi "Necə unudum səni" mahnısını ifa edib.
Məlumat üçün bildirək ki, "Necə unudum səni" mahnısının musiqisi Əməkdar incəsənət xadimi Oqtay Rəcəbova, sözləri isə Zivər Ağayevaya məxsusdur. Mahnı 1979-cu ildə ilk dəfə Flora Kərimova tərəfindən ifa edilib. Həmin mahnı sonradan bir çox müğənnilər tərəfindən ifa edilib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала