https://sputnik.az/20210909/-Ceyhun-Bayramov-Trk-urasnn-Ba-katibi-il-grb-427885039.html
Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb
Sputnik Azərbaycan
Azərbaycanın TŞ çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb. 09.09.2021, Sputnik Azərbaycan
2021-09-09T15:47+0400
2021-09-09T15:47+0400
2021-09-09T15:39+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427885000_0:196:1972:1312_1920x0_80_0_0_7608ce665d122ff8d0f008dcd9691b19.jpg
BAKI, 9 sentyabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tərəflər Türk Şurasının gündəliyində duran geniş spektrli məsələlər, qarşıdan gələn tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.Bakıda keçiriləcək Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumunun gündəliyi barədə məlumat verən baş katib, həmçinin TŞ-nin iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb. Bağdad Amreyev bütün iştirakçı dövlətlərdən şirkətlərin Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesində iştirakda maraqlı olduqlarını qeyd edib və çoxsaylı iş adamlarının Bakıda keçiriləcək Biznes Foruma qatıldıqlarını vurğulayıb.Nazir Ceyhun Bayramov TŞ-nin Bakıda baş tutacaq iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumuna uğurlar arzulayıb. Azərbaycanın TŞ çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb.Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427885000_0:72:1972:1312_1920x0_80_0_0_71bac94b7b4f71a99ffab2f2543c4564.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb
Azərbaycanın TŞ çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb.
BAKI, 9 sentyabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tərəflər Türk Şurasının gündəliyində duran geniş spektrli məsələlər, qarşıdan gələn tədbirlər, xüsusilə də cari ildə İstanbulda keçiriləcək Zirvə görüşünə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.
Bakıda keçiriləcək Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumunun gündəliyi barədə məlumat verən baş katib, həmçinin TŞ-nin iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi sahəsində görülən tədbirlərdən danışıb. Bağdad Amreyev bütün iştirakçı dövlətlərdən şirkətlərin Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesində iştirakda maraqlı olduqlarını qeyd edib və çoxsaylı iş adamlarının Bakıda keçiriləcək Biznes Foruma qatıldıqlarını vurğulayıb.
Nazir Ceyhun Bayramov TŞ-nin Bakıda baş tutacaq iqtisadiyyat nazirlərinin görüşü və Biznes Forumuna uğurlar arzulayıb. Azərbaycanın TŞ çərçivəsində əməkdaşlığa yüksək önəm verdiyi, təşkilatın fəaliyyətinin tərəfimizdən hər zaman dəstəkləndiyi vurğulanıb.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.