https://sputnik.az/20210908/Qtrd-Azrbaycan-Ticart-Evi-yaradlacaq-427878552.html
Qətərdə Azərbaycan Ticarət Evi yaradılacaq
Qətərdə Azərbaycan Ticarət Evi yaradılacaq
Sputnik Azərbaycan
İqtisadiyyat naziri Qətərin xarici işlər üzrə dövlət naziri ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb. 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T17:39+0400
2021-09-08T17:39+0400
2021-11-17T00:03+0400
xəbərlər
iqtisadiyyat
ticarət
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427878038_0:0:1192:673_1920x0_80_0_0_8720a2fb1c6df26c6f703bd0215bde26.jpg
BAKI, 8 sentyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşüb. Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi yüksək qiymətləndirilir.İqtisadiyyat naziri bildirib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Qətər tərəfdaşlığının əsas istiqamətlərindəndir. Ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur. İş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır.Vurğulanıb ki, Qətərdə nəzərdə tutulan Azərbaycan Ticarət Evinin yaradılması, "Investment Roadshow" tədbirinin təşkili, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi və digər tədbirlər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.Görüşdə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının logitsika imkanları diqqətə çatdırılıb.Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Qətər şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.Həmçinin oxuyun:Azərbaycan Qətər şirkətlərini ölkəyə cəlb etmək niyyətindədir
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427878038_0:0:1072:673_1920x0_80_0_0_4128ae3a708dcfbaad8412dd55501cd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, ticarət, dünya, azərbaycan
xəbərlər, ticarət, dünya, azərbaycan
Qətərdə Azərbaycan Ticarət Evi yaradılacaq
17:39 08.09.2021 (Yenilənib: 00:03 17.11.2021) İqtisadiyyat naziri Qətərin xarici işlər üzrə dövlət naziri ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb.
BAKI, 8 sentyabr — Sputnik. İqtisadiyyat naziri
Mikayıl Cabbarov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri
Sultan bin Saad Al-Mureyxi ilə görüşüb. Nazirlikdən
Sputnik Azərbaycan-a bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi yüksək qiymətləndirilir.
İqtisadiyyat naziri bildirib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Qətər tərəfdaşlığının əsas istiqamətlərindəndir. Ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur. İş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır.
Vurğulanıb ki, Qətərdə nəzərdə tutulan Azərbaycan Ticarət Evinin yaradılması, "Investment Roadshow" tədbirinin təşkili, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi və digər tədbirlər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüşdə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının logitsika imkanları diqqətə çatdırılıb.
Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Qətər şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.