https://sputnik.az/20210908/Penitensiar-xidmt-sabiq-icra-basnn-lm-il-bal-mlumat-yayb-427879657.html
Penitensiar xidmət sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb
Penitensiar xidmət sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Nizaməddin Quliyevin koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olub. Lakin sonradan səhhəti qəflətən pisləşdiyindən kompüter... 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T18:44+0400
2021-09-08T18:44+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
penitensiar xidmət
penitensiar müəssisə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40944/62/409446232_0:41:1800:1058_1920x0_80_0_0_545ba98c57de89c9644d01f3990744b0.jpg
BAKI, 8 sentyabr — Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb. Xidmətdən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:"Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat etmişdir.Qeyd olunur ki, son günlər Nizaməddin Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.Sentyabrın 7-də Nizaməddin Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVİD-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib".Həmçinin oxuyun:Ağstafanın həbsdə olan sabiq icra başçısı vəfat edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40944/62/409446232_25:0:1775:1100_1920x0_80_0_0_fb0541fda38066f0dbc2c371e370f9ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, penitensiar xidmət, penitensiar müəssisə, azərbaycan
xəbərlər, penitensiar xidmət, penitensiar müəssisə, azərbaycan
Penitensiar xidmət sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb
18:44 08.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Nizaməddin Quliyevin koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olub. Lakin sonradan səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunub.
BAKI, 8 sentyabr — Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar xidməti sabiq icra başçısının ölümü ilə bağlı məlumat yayıb. Xidmətdən
Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat etmişdir.
Qeyd olunur ki, son günlər Nizaməddin Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.
Sentyabrın 7-də Nizaməddin Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVİD-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib".