Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub

© AR Ministry of DefenceMüdafiə nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub
Müdafiə nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub - Sputnik Azərbaycan, 1920, 08.09.2021
Abunə olmaq
Nazir Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.
BAKI, 8 sentyabr — Sputnik. Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 8-də  Nazirliyin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.
Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.
1/3
2/3
3/3
1/3
2/3
3/3
Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.
Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi  ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Həmçinin oxuyun:
Zakir Həsənov hərbçilərə tapşırıq verdi - Dərhal adekvat cavab verin
Xəbər lenti
0