https://sputnik.az/20210908/Kustar-sulla-qabladrlm-stisu-satdan-xarld-427878584.html
Kustar üsulla qablaşdırılmış "İsti su" satışdan çıxarıldı
Kustar üsulla qablaşdırılmış "İsti su" satışdan çıxarıldı
Sputnik Azərbaycan
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, Babək küçəsi 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus "Ayxan" ərzaq satışı... 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T16:25+0400
2021-09-08T16:25+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
isti su
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42260/59/422605923_0:0:3073:1728_1920x0_80_0_0_4e84476824c9a4680143b0e94d97ea8d.jpg
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir."Sputnik Azərbaycan" xəbər saytında "Bakıda mağazada Kəlbəcərin "İstisu"yu satılır" başlığı altında yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb və Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, Babək küçəsi 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus "Ayxan" ərzaq satışı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı normativ texniki sənədlərin tələblərinə əməl edilmədən, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan Nağızadə Anar adlı şəxs tərəfindən suların Kəlbəcərdən gətirilərək kustar üsulla qablaşdırılıb satışa təqdim edildiyi müəyyən edilib. Məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb.AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.Həmçinin oxuyun:AQTA-dan radikal addım: Beş adda qida əlavəsini sertifikatlaşdırmaqdan imtina etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42260/59/422605923_104:0:2835:2048_1920x0_80_0_0_7155f2ce2ebe2b7a357e42e37fce2728.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, isti su, azərbaycan
xəbərlər, isti su, azərbaycan
Kustar üsulla qablaşdırılmış "İsti su" satışdan çıxarıldı
16:25 08.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, Babək küçəsi 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus "Ayxan" ərzaq satışı müəssisəsində plandankənar yoxlama keçirilib.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
"Sputnik Azərbaycan" xəbər saytında "Bakıda mağazada Kəlbəcərin "İstisu"yu satılır" başlığı altında yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb və Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, Babək küçəsi 14 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Firdovsi Nəbi oğluna məxsus "Ayxan" ərzaq satışı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı normativ texniki sənədlərin tələblərinə əməl edilmədən, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan Nağızadə Anar adlı şəxs tərəfindən suların Kəlbəcərdən gətirilərək kustar üsulla qablaşdırılıb satışa təqdim edildiyi müəyyən edilib. Məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.