https://sputnik.az/20210908/I-sinf-qbulla-bal-mracit-say-aqland-427877906.html
I sinfə qəbulla bağlı müraciət sayı açıqlandı
I sinfə qəbulla bağlı müraciət sayı açıqlandı
Sputnik Azərbaycan
Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub. 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T22:31+0400
2021-09-08T22:31+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
elm
qəbul
məktəb
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106185_0:0:3071:1728_1920x0_80_0_0_d809a6654d83ba6de6501f12348253f9.jpg
BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 8-nə olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).Qeyd edək ki, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunur.Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 10693 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1038-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1478-i Onlayn Alternativ qeydiyyat mərkəzlərində ("WhatsApp"müraciətləri), 6205-i sistemin "Əlaqə" bölməsində, 1972-si isə telefon vasitəsilə cavablandırılıb.Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin "WhatsApp" müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.Həmçinin oxuyun:Orta-ixtisas təhsili müəssisələrinə qəbul üçün müsabiqənin nəticələri elan olunub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106185_342:0:3071:2047_1920x0_80_0_0_492e6e7a8d0b7ae8a96846dadfb194cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, qəbul, məktəb, azərbaycan
xəbərlər, qəbul, məktəb, azərbaycan
I sinfə qəbulla bağlı müraciət sayı açıqlandı
22:31 08.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub.
BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 8-nə olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).
Qeyd edək ki, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp" nömrələr vasitəsilə) təşkil olunur.
Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 10693 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1038-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1478-i Onlayn Alternativ qeydiyyat mərkəzlərində ("WhatsApp"müraciətləri), 6205-i sistemin "Əlaqə" bölməsində, 1972-si isə telefon vasitəsilə cavablandırılıb.
Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin "WhatsApp" müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.
Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.