https://sputnik.az/20210908/Diyetoloq-soann-faydasn-v-zrrini-aqlayb-427869120.html
Diyetoloq soğanın faydasını və zərərini açıqlayıb
Diyetoloq soğanın faydasını və zərərini açıqlayıb
Sputnik Azərbaycan
Soğan özünəməxsus kimyəvi tərkibi sayəsində bədəndəki iltihablı prosesləri yatırmağa və immunitet sistemini gücləndirməyə qadirdir. 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T08:46+0400
2021-09-08T08:46+0400
2021-09-07T18:53+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427387985_0:160:3073:1888_1920x0_80_0_0_3c50a8e3c887d95f4ba683e9662dd98c.jpg
BAKI, 8 sentyabr — Sputnik. Həkim-diyetoloq, nutrisioloq, Kanada Diyetoloqlar Assosiasiyasının üzvü Natalya Nefedova Sputnik radiosuna verdiyi müsahibədə soğanın faydalarını və kimlərin bu tərəvəzə ehtiyatla yanaşması lazım olduğunu açıqlayıb.Onun sözlərinə görə, soğanın tərkibində minerallar, C və B vitaminləri, həmçinin lif və bir çox fitonutrientlər var. Soğan özünəməxsus kimyəvi tərkibi sayəsində bədəndəki iltihablı prosesləri yatırmağa və immunitet sistemini gücləndirməyə qadirdir. Soğanın dolğun dadı həmçinin duz qəbulunu azaltmağa da kömək edir.Eyni zamanda, Nefedova yalnız xəstə olanların qəbul etməli olduğu bir dərman kimi soğanı yeməməyi bildirib. O, bu məhsulu mütəmadi, profilaktik olaraq yeməyi məsləhət görüb. Diyetoloq qeyd edib ki, soğan ürək-damar, onkoloji, həmçinin diabet xəstəlikləri üçün faydalıdır."Yalnız, soğan yeyəndən sonra qoxu olacaq. Ancaq ağızdan deyil, əslində dəridən qoxu gələcək, çünki maddələr məsamələrdən çıxacaq", - deyə həkim bildirib.Diyetoloq Nefedova onu da qeyd edib ki, qıcıqlanmış bağırsaq sindromu və qastrit zamanı, hətta mədə qıcqırmasından əziyyət çəkən insanlar soğan yeyərkən ehtiyatlı olmalıdırlar.Soğanın çürüməməsi və faydalı xüsusiyyətlərinin qorunması üçün onları bir-birindən ayıraraq sərin olan yerdə saxlamaq lazım olduğunu həkim yekunda bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427387985_170:0:2901:2048_1920x0_80_0_0_4ae6bfa5f7615486a870ed2c1ee68e33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Diyetoloq soğanın faydasını və zərərini açıqlayıb
Soğan özünəməxsus kimyəvi tərkibi sayəsində bədəndəki iltihablı prosesləri yatırmağa və immunitet sistemini gücləndirməyə qadirdir.
BAKI, 8 sentyabr — Sputnik. Həkim-diyetoloq, nutrisioloq, Kanada Diyetoloqlar Assosiasiyasının üzvü Natalya Nefedova Sputnik radiosuna verdiyi müsahibədə soğanın faydalarını və kimlərin bu tərəvəzə ehtiyatla yanaşması lazım olduğunu açıqlayıb.
Onun sözlərinə görə, soğanın tərkibində minerallar, C və B vitaminləri, həmçinin lif və bir çox fitonutrientlər var. Soğan özünəməxsus kimyəvi tərkibi sayəsində bədəndəki iltihablı prosesləri yatırmağa və immunitet sistemini gücləndirməyə qadirdir. Soğanın dolğun dadı həmçinin duz qəbulunu azaltmağa da kömək edir.
Eyni zamanda, Nefedova yalnız xəstə olanların qəbul etməli olduğu bir dərman kimi soğanı yeməməyi bildirib. O, bu məhsulu mütəmadi, profilaktik olaraq yeməyi məsləhət görüb. Diyetoloq qeyd edib ki, soğan ürək-damar, onkoloji, həmçinin diabet xəstəlikləri üçün faydalıdır.
"Yalnız, soğan yeyəndən sonra qoxu olacaq. Ancaq ağızdan deyil, əslində dəridən qoxu gələcək, çünki maddələr məsamələrdən çıxacaq", - deyə həkim bildirib.
Diyetoloq Nefedova onu da qeyd edib ki, qıcıqlanmış bağırsaq sindromu və qastrit zamanı, hətta mədə qıcqırmasından əziyyət çəkən insanlar soğan yeyərkən ehtiyatlı olmalıdırlar.
Soğanın çürüməməsi və faydalı xüsusiyyətlərinin qorunması üçün onları bir-birindən ayıraraq sərin olan yerdə saxlamaq lazım olduğunu həkim yekunda bildirib.